Valideyin

Uşaqları məktəbə zehni və fiziki hazırlamaq lazımdır

  • Admin
  • 01-mar-2024, 15:34
  • 3 Baxış

 

Uşaqların məktəb həyatına öyrəşməsində valideynlərin rolu əvəzsizdir. Uşaqları məktəbə zehni və fiziki hazırlamaq lazımdır. Onlara məktəbdə oxumağın vacib və zəruri olmasının səbəbləri izah edilməlidir. Valideynlər təhsili ideallaşdırmadan, eyni zamanda məktəb haqqında mənfi danışmadan maraqlı, maarifləndirici, əyləncəli təcrübələrini övladları ilə bölüşə bilərlər. Onları dərslərə vaxtında qoşulmaq üçün səhər tezdən qalxmağı, arzu olunan oyanma vaxtına yaxınlaşdırmağı tədricən öyrətmək lazımdır. Valideynlər tədris ili başlamazdan öncə, məktəbin həyətində övladları ilə gəzintiyə çıxmalı, onu gələcək müəllimi və sinif otağı ilə tanış etməlidirlər. Bu, uşağın yeni mühitə alışmasını asanlaşdıracaq.

AzTehsil.com AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov yeni tədris ilinin yaxınlaşması ilə əlaqədar valideynlərə tövsiyələrini verib.

Professor deyib: "Evdə, əyləncəli formada dərs səhnəciyi yaratmaq olar: stullar qoyun, potensial bir şagirdi, bacı-qardaşlarını oturdun, əgər yoxdursa, uşağın sevimli oyuncaqlarından istifadə edin və s. Uşağa sadə suallar verin və onu düzgün cavab verməyə təşviq edin, məktəbdə və dərs zamanı partada davranış qaydalarını izah edin. Ümumiyyətlə, hər şey valideynlərin təxəyyülündən və yaradıcılığından asılıdır. Uşağa qabiliyyətli olduğunu və məktəbdə onun böyük uğurlara nail edə biləcəyini demək vacibdir. Valideynlər məktəb ləvazimatlarını mütləq şəkildə uşaqlarla birlikdə almalıdırlar. Onlarla məsləhətləşmək, uşaqları dinləmək faydalıdır. Lazım gəldikdə uşaqlara izah edib əsaslandırmaq lazımdır ki, niyə siz bu və ya digər dəftəri, qələmi, qovluğu, çantanı almağı üstün tutursunuz. Gələcəkdə bu, uşağın ehtiyac duyduğu malları şüurlu şəkildə istifadə etməsini və almasını stimullaşdıracaq".

H.Qabulovun dediyinə görə, şagirdin ilk məktəb gününün unudulmaz, rəngarəng və əhəmiyyətli bayram kimi keçməsi vacibdir: "Valideynlər uşaqları ilə həmin gün hansı yeməyi bişirəcəyini, əlamətdar hadisəni qeyd etmək üçün yaxınlarınızdan kimləri şam yeməyinə dəvət edəcəyini, harada gəzintiyə çıxacağınızı müzakirə etməlidirlər".

"Birinci sinif şagirdini həddindən artıq yükləmək məsləhət görülmür, xüsusən də birinci tədris ilinin əvvəlində, xarici dildə əlavə dərslər, musiqi və s. kimi yükləmələr olmaz. Bu, psixikaya düşən yükü artırır və şagirdin görmə orqanını gərginləşdirir. Həmin müddətdə gimnastika, açıq havada gəzinti və dərslərdən sonra axşamlar məktəbdə baş vermiş yeni hadisələrin müzakirəsi faydalı ola bilər. Müvafiq şərtlər və istəklər daxilində uşaq üzgüçülük, stolüstü tennis və ya rəqslə məşğul ola bilər. Fiziki fəaliyyət qan dövranını yaxşılaşdıracaq, immuniteti, yaddaşı gücləndirəcək və körpənin əhvalını qaldıracaq", - deyə H.Qabulov bildirib.

Professor, həmçinin dünyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar valideynlərin uşaqlara müxtəlif yoluxucu xəstəliklərdən qoruya biləcək sadə və tanınmış gigiyena qaydalarının zəruriliyini izah etməsinin vacibliyini də vurğulayıb.

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?