Psixoloq / Valideyin

Tətil üçün plan qurun amma təhsili unutmayın

  • Admin
  • 30-mar-2024, 10:46
  • 0 Baxış




Tətilə çıxan hər bir uşaq kimi sizin uşağınız da istirahət etmək, dostlarıyla görüşmək, oyunlar oynamaq və yay düşərgəsinə getmək istəyə bilər. Onun bu istəklərinin normal olduğunu, müvəffəqiyyətli uşaq kimi müvəffəqiyyətsiz uşağın da istirahət etməyə haqqı olduğunu unutmayın.
Həddən artıq reaksiya verməyin
Övladlarınıza məktəbdəki uğursuzluqları ilə əlaqədar həddən artıq reaksiya göstərməkdən çəkinin. İlk növbədə, onları anlamağa çalışın. Çünki, hər bir uşağın uğursuzluq səbəbi fərqli olduğu kimi, uğursuzluğun həlli yolları da fərqli ola bilər.            Uşağınızı müşahidə edərək ən çox çətinlik çəkdiyi sahələri müəyyənləşdirməyə çalışın və bir mütəxəssisdən bu mövzuda kömək alın.
Tətil üçün plan qurun amma təhsili unutmayın
Uşağınız üçün tətil planı qurarkən tətilin sonlarına doğru və ya arada bir övladınızın təhsilində mövcud olan əskiklikləri aradan qaldırmaq üçün də hazırlıq planları qurun. Bunlarla uşağınızın əskiklik yaşadığı sahələri tamamlamağa çalışın. Ancaq bu plan uşağınızın bütün tətilini əlindən almasın.
 
Uşağınızın əskiklikləri varsa, onları qəbul edin
Bütün ana-atalar kimi sizin üçün də uşağınız təbii ki, bənzərsiz və təkdir. Bu gerçəyi heçkəs dəyişdirə bilməz. Lakin, hər uşaqda ola biləcəyi kimi sizin uşaqda da öyrənmə bacarıqlarında bəzi əskikliklər ola bilər. Məsələn, öyrənmə çətinliyi hansısa zehni çatışmazlıq olmadan da uşaqların uğursuz olmalarına səbəb ola bilər.
Uşağınızla vaxt keçirməyə diqqət yetirin
Uşağınızla çoxlu vaxt keçirməyə, onun ehtiyaclarına cavab verməyə və onu daha yaxından müşahidə etməyə diqqət yetirin. Hansı sahədə çətinlik çəkdiyini, diqqətini nə qədər saxlaya bildiyini, hansı dərsləri sevdiyini və ya sevmədiyini öyrənin.
Uşağınızı təqdir etməyi unutmayın
Uşaqlar sevildikləri və rəğbətləndirildiklərində sevinirlər. Bəli, hər uşaq özünün sevildiyini, bəyənildiyini, təqdir edildiyini, məktəbdəki uğurlarının onun sevilməsi üçün əsas ölçü olmadığını, ailəsinin hər zaman onun yanında olduğunu bilməyə ehtiyacı vardır. Bunu uşağınızdan əsirgəməyin və ona dəyərli olduğunu hiss etdirin.
Məktəb açılmadan siz təlim-tərbiyəyə başlayın
Əgər, uşaqlarınız üçün təhsil ili bitərkən müəyyən etdiyiniz problemləri hələ də aradan qaldıra bilməmisinizsə, uşaqlarınızı məktəb açılmadan iki və ya üç həftə əvvəl məktəbə və təlim-tərbiyə prosesinə hazırlamağa başlayın.
Əziz valideynlər,
Unutmayın ki, sağlam uşaqlar ancaq sağlam bir ailənin məhsuludur. Uşaqlarınızla maraqlanın.
 
 
Tərcümə etdi: Fatimə Qəhrəmanova (BDU – Təhsildə sosial psixoloji xidmət)




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?