Valideyin

Valideynlərin bu hərəkətləri uşaqları dəhşətə sürükləyir

  • Admin
  • 01-mar-2024, 17:27
  • 1 Baxış

 

Aparılan psixoloji tədqiqatlar nəticəsində müəyyən olub ki, insan həyatında ən ağır travma valideynlərinin onu başqalarının yanında aşağılamasıdır.

Alimlərin qənaətinə əsasən, beyin hər ağrı-acını sağalda və həzm edə bilər, yaşadığı hər bir hadisə ona təcrübə qazandırır. Amma həqarəti unuda və bağışlaya bilməz. Bu barədə tanınmış psixoloq Anna Kiryanova məlumat verib.

"Həqarət onunla fərqlənir ki, bu, cavabsız reaksiyadır. Cəmiyyət adətən cavab qaytara bilməyən gücsüz, dözmək və susmaq məcburiyyətində qalan insanları alçaldır. Sonra isə o insanlar ağlamağa və ya əksinə, axmaqcasına gülümsəməyə, öz-özünə danışmağa başlayır və günlərlə sinəsində ağrı hissi ilə gəzib dolaşır.

“Həyatda hər şey baş verir, oldu keçdi də... Hər kəsin gözü qarşısında alçaltdılar, döymədilər ki... Bir-birimizi alçaltdıq, qorxulu heç nə yoxdur” kimi sözlərlə özünüzə təsəlli verə bilərsiniz.

Dəhşətlisi odur ki, aşağılanan insanda daha sonra intihara meyillik və ya zehni pozğunluq meydana gələ bilər. Əgər o insanın psixikası möhkəmdirsə, onda bu qorxu ömür boyu onu tərk etməyəcək. Və şəxs aşağılandığını unutmaq üçün hər şeyi etməyə hazırdır, amma o anlar unudulmur. Çünki həqarət ən güclü və ağrılı psixotravmadır", - deyə psixoloq əlavə edib.

Mütəxəssis hesab edir ki, həqarətlə mübarizə aparmaq üçün yeganə yol isə cavab verməkdir:

"Rəhbər, tanışlar, tanımadığınız insanlar sizi aşağılaya və ya iş görüşməsində alçaldıcı suallar verə bilər. Xəstəxanda, mağazada və ya hər hansı qurumda aşağılana və buna dözmək məcburiyyətində qala bilərsiniz.

Həqarətlə mübarizə aparmaq üçün yeganə yol isə cavab verməkdir. Bu insanlardan asılı olsanız da, sakit və adekvat cavab verin. Çünki heç bir pul və münasibət həqarət travmasını kompensasiya etmir, o əbədi olaraq qalır. Ümumiyyətlə, insanlar adətən qarşısındakının ondan yüksəkdə dayandığını bildiyi üçün onu alçaltmaqla özünə olan güvəni və hörməti yüksəltməyə çalışır. Bu, yelləncəyə bənzəyir, biri qalxır, digəri isə aşağı düşür. Bir ayaqla itələmək və mövqeyini dəyişdirmək lazımdır, hər halda başqa yol yoxdur. Aşağılayıcı məktublar almaq iyrəncdir. Təhqirlərə qulaq asmaq qəbuledilməzdir.

Cavab verdiyiniz zaman qarşı tərəf sizinlə daha ehtiyatlı davranmağa başlayır, belə olan halda, heç bir təhqir yoxdur, bu hiylədir. Odur ki, uşaqları döymək və təhqir etmək lazım deyil". 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?