Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti
- Admin
- 01-mar-2024, 17:30
- 0 Baxış
Valideynlərin məktəb həyatına cəlb edilməsinin şagirdlərin uğur qazanması üçün xüsusi əhəmiyyəti var.
Ailənin sosial-iqtisadi vəziyyətinin necə olmasından asılı olmayaraq, valideynin övladının təhsil prosesində iştirak etməsini şagirdin inkişafına böyük təsir göstərir.Tədqiqatlara əsasən, valideynləri tədris prosesində fəal olaraq iştirak edən şagirdlər daha yaxşı nəticələr əldə edirlər.
Onlar, daha yaxşı qiymətlər alır, daha yüksək akademik nailiyyətlərə sahibdirlər, ev tapşırıqları daha keyfiyyətli şəkildə yerinə yetirilmiş olur. Onların davamiyyət göstəriciləri daha yüksəkdir və onlar pozitiv hərəkətləri ilə fərqlənirlər. Məktəbə qarşı daim xoş əhval ruhiyyədə olurlar. Özlərinə və imkanlarına inamları var.
Vaideynlərin cəlb edilməsi tədris müəssisələri tərəfindən də müsbət qiymətləndirilir. Tədris prosesində valideynlərin fəallığı məktəb mədəniyyətini zənginləşdirir və onun inkişafına kömək edir. Belə ki, daha yaxşı nəticələrə çatmaq üçün məktəb və müəllim valideynlərlə fəal əməkdaşlıqda maraqlı tərəf olmalıdır.
Valideynlərin fəal olaraq tədris prosesinə cəlb edilməsi məktəb icması, müəllimlər, valideynlər və şagirdlər tərəfindən də müsbət qarşılanır.