Bayram günlərində necə qidalanmalı?
- Admin
- 02-apr-2024, 18:16
- 0 Baxış
“Mədə qıcqırması, öd daşı xəstəliyi olanlar, eləcə də son iki-üç ayda cərrahiyə əməliyyatı olunan şəxslər bayram ərəfəsində qidalanmaya həssas yanaşmalıdır”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroentereloq Emin Məmmədov deyib.
O qeyd edib ki, bayram günlərində insanlar əsasən evdə olduğundan tez-tez qidalanırlar: “Bir az artıq hərəkət etmək lazımdır. Adi günlərdə səhər evdən çıxıb işə gedirik və normal qrafiklə qidalanırıq. Azərbaycan mətbəxi zəngin olduğundan bayram günlərində fasiləsiz qidalanma baş verir. Yağlı qida ilə yüklənən orqanizm buna reaksiya verəcək. Şəkər qalxacaq, təzyiq yüksələcək, mədədə yanma riskləri artacaq. Gündəlik rejim necədirsə hansı saat aralıqda qida qəbul edilibsə bunu da qorumaq lazımdır. Qidanın miqdarı artırıla bilər, lakin saat aralığına ciddi fikir versinlər”.
Ekspert söyləyib ki, şirniyyat asılılıq yaradır. Tövsiyə edərdim ki, şəkər dəyəri aşağı olan şirniyyatlardan istifadə olunsun. Şirin su və meyvə şirələri orqanizm üçün zərərlidir. Çünki tərkibində qida məqsədli əhəmiyyətli nəsə yoxdur. Bu da özünüdə şəkərli diabet, xərçəng və ürək-damar sistemi xəstəliklərini yaratmış olur. Mədə qıcqırması olan insanlar adətən qazlı-sodalı su içməyə üstünlük verir. Bu tamamilə yalnış yanaşmadır. Yeməyin ortasında qazlı-sodalı su içilirsə, bu zaman həzm prosesi ləngiyir. Suyu yeməkdən iki saat əvvəl və ya iki saat sonra içmək daha arzuolunandır”.
Nazirlik rəsmisi bayram ərəfəsində spirtli içkilər içməməyi tövsiyə edib.
“Əgər kimsə içəcəksə bu da gündəlik və vərdiş edilən dozanı aşmamaq şərti ilə olmalıdır. Qida qəbulu zamanı yeməkləri qarışdırmayın. Fərqli qidalar arasında ən azı 30-40 dəqiqə arasında fasilə olmalıdır. Qida allergiyası olan insanlar un məhsullarından uzaq durmalıdırlar”, - E.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, yeni ildə həmçinin, öd daşı xəstəliyi olan şəxslərin səhhətində ciddi probemlər müşahidə olunur: “Çox və qarışıq qidalar daşın öd kisəsi kanalına düşməsinə səbəb olur və bununla da ağrılar çoxalır. Bayram günlərində çox gəzmək tövsiyə olunur”.