Yatarkən bunu etsəz, yaddaşınız güclənəcək
- Admin
- 02-apr-2024, 18:18
- 1 Baxış
Yatarkən göz bandı taxmaq sağlamlıq üçün faydalıdır.
Bununla bağlı Böyük Britaniya, ABŞ və İtaliyadan olan tədqiqatçılar araşdırma aparıblar.
Araşdırmanın “Sleep” elmi jurnalında dərc edilən nəticəsinə görə, göz bandı ilə yatmaq idrak funksiyasını yaxşılaşdırır.
Eksperiment zamanı göz bandı ilə yatan insanların ertəsi gün daha enerjili və epizodik yaddaş kodlamasının daha güclü olduğu məlum olub.
Epizodik yaddaş gündəlik hadisələrin yadda qalması deməkdir
Tədqiqat zamanı iştirakçılardan həftənin müxtəlif günlərində göz bandı ilə və adi formada yatmaq tapşırılıb. Daha sonra həmin günlərdə xüsusi testlərlə iştirakçıların yaddaşı yoxlanılıb. Göz bandı ilə yatan gün insanların yaddaşı daha güclü və düşünmə qabiliyyətləri daha güclü olaraq dəyərləndirilib.
Tədqiqat qrupunun fikrincə, bunun əsas səbəbi yatarkən işığın tamamilə bloklanmasıdır. İnsanların yuxudan oyanması, oyaq yatması işıqla bağlıdır.
Kardiff Universitetinin Beyin Tədqiqatları Görüntüləmə Mərkəzinin mütəxəssisi Viviana Qreko bildirib ki, xüsusən yay aylarında günəş daha tez çıxır, otağa düşən işıq insanın oyanmasına səbəb olur. Ətrafdakı işığın qarşısını almaq məqsədilə göz bandı ən effektiv üsuldur.