Alma çayı
Nəfəs darlığını aradan qaldırır. Ürək xəstəliklərində faydalı ola bilər.
Razyana çayı
Mədə və bağırsaq xəstəliklərinə yaxşı təsir edir.
Gicitkən çayı
Maddələr mübadiləsini sürətləndirir. Böyrək xəstəliklərinə çox faydalıdır.
Cökə çayı
Soyuqdəymə zamanı qəbul edilərsə, xəstəliyin tez aradan qalxmasına yardım edər. Çökə çayı öskürəyi də azaldır.
İtburnu çayı
Tərkibində yüksək miqdarda C vitamini olan itburnunun faydaları çoxdur. Qaraciyərin təmizlənməsi və qidalanmasında əvəzsiz olan bu bitkinin qəbulu zamanı orqanizm həm də vitaminlə zənginləşir. Qeyd edək ki, qədimdə indi "sarılıq" kimi tanıdığımız xəstəliyin müalicəsində də bu bitkidən istifadə olunurdu. Belə ki, onun alma ilə birlikdə hazırlanmış kompotunu gündə 4-5 lt. qəbul etdikdə bu xəstəliyin sağalmasına yardım edir.
İtburnunu qarğıdalı saçaqları ilə dəmlənib qəbul edildikdə böyrəklərə də faydalıdır. Amma xüsusi yuyucu olan itburnunun qəbulu zamanı diqqət etmək lazımdır və xüsusən 50 yaş üstündə olan insanlar bu bitki ilə bir qədər ehtiyatlı davranmalıdırlar.
Nanə çayı
Mədə bulanmasını aradan qaldırır. Bir stəkan nanə dəmləməsi, bir çay qaşığı bal və bir çay qaşığı limon suyu mədə bulanması və soyuqlaması zamanı qəbul edildikdə yaxşı təsir edir. Bu məhlul həm də qusmanın qarşısını alır.
Mixək çayı
Həzmə yaxşı təsir edir, diş ağrılarını yüngülləşdirir.
Adaçayı
Təbii antibiotik funksiyasını yerinə yetirir. Boğaz ağrılarına çox faydalıdır, eyni zamanda qadınlarda tez-tez rast gəlinən hormonal pozuntuların aradan qalxmasına yardım edir.
Yaşıl çay
Hər gün 3 stəkan içildiyi zaman çəkini azaldır. Amma yaşıl çayın ən böyük faydası orqanizmin toksinlərdən təmizlənməsində yardımçı olmasıdır.