İdarəetmə / Direktor / Metodika / Ümumi

Xadimə ilə bağlanan əmək müqaviləsi forması (layihə) Elşən Qafarov

  • Admin
  • 28-may-2024, 15:15
  • 363 Baxış


Xadimə ilə bağlanan əmək müqaviləsi forması (layihə) Elşən Qafarov

       §1. Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar

           1.1. Bu Əmək müqaviləsi (kontraktı), (bundan sonra ismin müvafiq halında «Əmək müqaviləsi»)  İşəgötürən:  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin    _______  Regional Təhsil İdarəsinin _______ tam orta məktəbinin direktoru    __________(ad)    ___________(s/ad)   ____________(ata adı) qızı ilə

İşçi: Azərbaycan Respublikasının vətəndaşı (şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AA 3614675, Fin kodu:1 GZUJKU, 27 yanvar 2024 il tarixində ASAN xidmət tərəfindən verilmişdir.)     _______________(təhsili)          _____________(Sosial sığorta nömrəsi - ilk dəfə işə qəbul olunanlar üçün yazılmır.)  Əliyeva (s/ad) Vəfa (ad) Oqtay (ata adı) qızı arasında  «____» (gün) «_____» (ay) _____ il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra "Əmək Məcəlləsi") müvafiq olaraq bağlanmışdır.

    1.2. Xadimə Əliyeva (ad) Vəfa (s/ad) Oqtay (ata adı) qızı

_______(məktəbin ünvanı tam yazılır) yerləşən ______________(məktəbin adı) tam orta məktəbə əsas iş yeri olmaqla xadimə vəzifəsinə işə qəbul edilir.

    1.3. Bu Əmək müqaviləsi hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. 

           1.3. Bu Əmək müqaviləsi hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. 

§2. Əmək müqaviləsinin müddəti

 

           2.1. Bu Əmək müqaviləsi müddətsiz bağlanmışdır. _______(hə, yox)

   2.2. İşin birinci (bu müddəti dəyişə bilərsiniz) həftəsi (ayı) sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 (üç) gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər. (Əgər sınaq müddəti təyin edilərsə)

           2.3. Bu Əmək müqaviləsi ________________________________səbəbə görə (əsas vəzifədə olan işçinin sosial və ya qismən ödənişli məzuniyyətdə olması, əmək qabiliyyətini müvəqqəti itirməsi) «____»_____________ il tarixindən «____»______________il tarixinədək «____» «__________________»______________il (ay) müddətinə bağlanmışdır.

          

 2.4. Xadimə Əliyeva (ad) Vəfa (s/ad) Oqtay (ata adı) qızı

«__» «_______________»________________il tarixindən işə başlayır.

 

§3.  Xadimə  Əliyeva Vəfa Oqtay qızının bu Əmək müqaviləsi üzrə vəzifələri, hüquqları və əmək funksiyaları

           3.1. Xadimə Əliyeva Vəfa Oqtay qızının vəzifələri aşağıdakılardır :

3.1.1. bu Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

3.1.2. əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;

3.1.3. əməyin təhlükəsizliyi normalarına əməl etmək;

3.1.4. işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;

3.1.5. dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;

3.1.6. iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;

3.1.7. fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;

3.1.8. əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

3.1.9. məktəb direktorunun əmri ilə müəyyən olunmuş sahənin sanitar gigiyenik qaydalarını qorumaq, ona tapşırılmış sahənin  sanitar vəziyyətini GEM (Gigiyena və Epidemiologiya Mərkəzinin) tələbləri səviyyəsində saxlamaq;

3.1.10. ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq;

3.1.11. məktəb direktorunun əmri ilə müəyyən olunmuş sahənin  təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq;

3.1.12. məktəb  rəhbərliyi tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək;

3.1.13. əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülkü-müdafiə qaydalarına riayət etməlidir.

3.1.14. fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramalıdır;

3.1.15. məktəb rəhbərliyi, pedaqoji işçilər, şagirdlər, texniki işçilər və valideyinlərlə münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçmək;

3.1.16. bu Əmək müqaviləsi üzrə peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmaq, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına, iş yoldaşlarına  fərq qoymamaq;

3.1.17. bu Əmək müqaviləsi üzrə peşə fəaliyyəti zamanı  təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməmək;

3.1.18. bu Əmək müqaviləsi üzrə  peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etmək, qiymətləndirmək və onlardan düzgün nəticə çıxarmaq, səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir vermək, hər zaman səliqəli olmaq;

3.2. Xadimə Əliyeva Vəfa Oqtay qızının bu Əmək müqaviləsi üzrə hüquqları

3.2.1.əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;

3.2.2. iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;

3.2.3. həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;

3.2.4. qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq;

3.2.5. iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;

3.2.6. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək;

3.2.7. qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;

3.2.8.  qanunvericiliklə müəyyən olunmuş qaydadada  qısaldılmış iş vaxtında çalışmaq;

3.2.9. qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək;

3.2.10. hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək;

3.2.11. əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;

3.2.12. işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; 

3.2.14. qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;

3.2.14. əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;

3.2.15. sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan  istifadə etmək;

3.2.16. işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq;

3.2.17. iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq;

3.2.18. elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək;

3.2.19. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olan işlərin və məktəbin  texniki xidmət işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək;

3.2.20. vəzifələrini icra edərkən lazım olan məlumatları tələb etmək;

3.2.21. öz səlahiyyətləri çərçivəsində, bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə təsərrüfat işləri üzrə direktor müavininə (təsərrüfat müdirinə) məlumat vermək;

3.3. Xadimə Əliyeva Vəfa Oqtay qızının bu Əmək müqaviləsi üzrə əmək funksiyaları  və öhdəlikləri.

3.3.1. İş günü ərzində hər tədris ili üçün məktəb direktorunun əmri ilə təhkim edilmiş sahəni  sanitar gigiyenik baxımından təmiz saxlayır və buna görə məsuliyyət daşıyır.

3.3.2. İş  günü ərzində  məktəb direktorunun əmri ilə təhkim edilmiş sahənin ümumi istifadə yerlərini, dəhlizləri, pilləkanları, sanitar qovşaqları iki dəfə  nəm qaydada silir, təmizləyir. Sanitar qovşağı dizenfeksiya edir.

3.3.3. İş günü ərzində  məktəb direktorunun əmri ilə təhkim edilmiş sahədə yerləşən sinif otaqlarını, yardımçı otaqları, fənn kabinetləri və xidməti otaqları bir dəfə nəm  təmizləyir. (döşəmələri yuyur, tozunu silir, lövhəni, divarları silir).

3.3.4. Bu Əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələri, o cümləsn məktəb direktorunun qanunvericilik çərçivəsində ona və vəzifəsinə aid olan əmrlərini, təsərrüfat işləri üzrə direktor müavininin (təsərrüfat müdirinin) tapşırıqlarını vaxtında, nöqsansız yerinə yetirir.

3.3.5. İş günü ərzində yığılmış zibilləri zibil kontenerlərinə vaxtında boşaldılmasını təmin edir, təsərrüfat işləri üzrə direktor müavininin (təsərrüfat müdirinin) tapşırığına əsasən zibil kontenerlərini dezinfeksiya edir.

3.3.6. Məktəb direktorunun əmri ilə təhkim edilmiş  sahədə yerləşən çöl pəncərələri ildə iki dəfə silir.

3.3.7. Yanğın  təhlükəsizliyi, əmək mühafizəsi, təlim-tərbiyə prosesinin  təşkil edilməsinin sanitar-gigiyenik qaydalarını pozmamaq.

      3.4 Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir.

         3.5 Xadimə Əliyeva Vəfa Oqtay qızı Əmək Məcəlləsinin bu Əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir.

3.5. Məktəb direktorunun əmri ilə müəyyən olunmuş xadiməni gündəlik təmizlədiyi ərazinin sahəsi 400 (dörd yüz) kv.m-dən (kvadrat metrdən) çox olmamalıdır.

 

§4. Əmək şəraitinin şərtləri

           Məktəbin direktoru aşağıdakı əmək şəraiti yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:

Əmək haqqı üzrə

           4.1. hər ay ____________ məbləğdə əmək haqqı ödənilir;

 

           4.2. Əmək haqqı:

           - həftədə bir dəfə  ____________________________________

                                                        (həftənin günü)

 

           - əmək haqqı və digər ödənclər  xadimə Əliyeva Vəfa Oqtay qızının      ___________________________bankdakı hesabına köçürülür;

                              (bankın adı)

           4.3. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında işçi qabaqcadan məlumatlandırılır.

Əməyin mühafizəsi üzrə

           4.4. Xadimə Əliyeva Vəfa Oqtay qızının sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır;

           4.5. Xadimə Əliyeva Vəfa  Oqtay qızı əməyin mühafizəsi normaları ilə ildə bir dəfədən az olmayaraq təlimatlandırılır;

           4.6. Xadimə Əliyeva Vəfa  Oqtay qızı özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur;

           4.7. Məktəbin direktoru xadimə Əliyeva Vəfa Oqtay qızını istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır.

           İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir; 

   4.8. Məktəbin direktorunun  təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları pozulduğuna görə xadimə Əliyeva Vəfa Oqtay qızı  həlak olarsa, onun himayəsində olan şəxslər qarşısında məktəb direktoru qanunvericilikdə nəzərdə tutulan qaydada maddi məsuliyyət daşıyır;

İş və istirahət vaxtı üzrə

           4.9. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir;

           4.10. İş saat _____________ başlanır, saat _____________ qurtarır;

           4.11. Nahar vaxtı saat _____________ - dan saat _____________ - dəkdir;

           4.12. İş __________ növbəlidir:

           (- Birinci növbə saat __________ başlanır və saat __________ qurtarır;

           - İkinci növbə saat __________ başlanır və saat __________ qurtarır; əgər iki növbəlidirsə)

           4.13. Xadimə Əliyeva Vəfa Oqtay qızı iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər.

Məzuniyyət üzrə

           4.14. Xadimə Əliyeva Vəfa Oqtay qızının iş ili hər təqvim ilinin 1yanvarından başlayaraq həmin təqvim ilinin dekabr ayının 31-dək 12 (on iki) aydan ibarət dövrü əhatə edir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir.

           4.15. Əsas məzuniyyətinin müddəti 21 (iyirmi bir) təqvim günüdür;

           4.16. Əlavə məzuniyyət müddəti:

           - əmək stajına görə __________ təqvim günü;

           (- 14 yaşadək ikidən çox uşağı olan qadına __________ təqvim günü; - Əmək Məcəlləsinin 117-ci maddəsinə uyğun olarsa)

           4.17. Əmək məzuniyyətinin ümumi müddəti __________ təqvim günü;

           4.18. Təhsil almaqla əlaqədar ödənişli məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan müddətdə verilir və işəgötürən bununla yanaşı işçinin təhsilini artırmaq üçün zəruri tədbirləri görməyi öhdəsinə götürür.

           4.19. Ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsinin 130-cu maddəsi ilə müəyyən edilmiş hallarda, habelə Əmək Məcəlləsinin 129-cu maddəsinə uyğun olaraq məktəb direktoru ilə razılıq əsasında istifadə edilir.

Bədən tərbiyəsi və idman üzrə

           4.20. Xadimə Əliyeva Vəfa Oqtay qızına bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaradılır.

           Tərəflərin müəyyən etdiyi, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan digər əlavə şərtlər

           4.21.  Xadimə Əliyeva Vəfa Oqtay qızının toyu olduğu halda ona 5 (beş) gün ödənişli məzuniyyət verilir.

           4.22. Xadimə Əliyeva Vəfa Oqtay qızının Əmək Məcəlləsinin 296-ci maddəsinin qeyd bölməsində göstərilmiş yaxın qohumları vəfat etdikdə ona 3(üç) gün ödənişli məzuniyyət verilir.

            

§5. Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti

           5.1. Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.

           5.2. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.

           5.3. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər.

§6. Sosial müdafiə məsələləri 

           6.1. Xadimə Əliyeva Vəfa Oqtay qızının məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay __________ məbləğdə sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, __________ məbləğdə əlavə sığorta edilir;

           6.2. Xadimə Əliyeva Vəfa Oqtay qızının sosial müdafiə olunması, güzəşt və imtiyazları, sosial sığorta hüququ təmin edilir; 

           6.3. Xadimə Əliyeva Vəfa Oqtay qızına əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir. 

§7. Mülkiyyət münasibətlərinin tənzimlənməsi

           7.1. Xadimə Əliyeva Vəfa Oqtay qızı iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də məktəbin avadanlıq, cihaz və alətlərin, qurğu, habelə məktəbin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir;

 

§8. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar 

           8.1. Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.

           8.2. Tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr dərhal qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.

 

                            İmzalar:

                            Məktəbin direktoru     ________   ________   ___________

                Xadimə Əliyeva Vəfa Oqtay qızı ________     __________   ________ .       

 

§9. Əmək müqaviləsinə xitam verilməsi

           9.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər;

           9.2. Məktəb direktoru tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən xadimə Əliyeva  Vəfa  Oqtay qızı qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir;

           9.3. Xadimə Əliyeva Vəfa Oqtay qızı tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl məktəb direktoruna azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir;

           9.4. Məktəb direktoru tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla xadimə Əliyeva Vəfa Oqtay qızının iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir;

           

§10. Yekun qaydalar

           10.1. Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.

           10.2. Bu Əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri xadimə Əliyeva Vəfa Oqtay qızı, digəri isə məktəbdə saxlanılır.

           10.3. Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.

           10.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.

           10.5. Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından, mülkiyyətçidən tələb etmək hüququna malikdirlər.

           10.6. Bu Əmək müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərimizi vicdanla yerinə yetirəcək, şəxsi, maddi, maliyyə, istehsal maraqlarımıza, habelə ictimai, birliklərdə və siyasi partiyalarda müstəqil iştirakımıza qarşılıqlı hörmət göstərəcəyik.

                                                   §11. Tərəflərin imzaları və ünvanları:

           11.1. Məktəb direktorunun  adı, atasının adı və soyadı, habelə müştərisi olduğu bankın adı, hesablaşma hesablarının nömrələri, kodu, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa hüquq verən xüsusi razılığın məlumatları göstərilməklə hüquqi ünvanı:

 

                      Möhürü                                                                                       İmzası:

                      11.2. Xadimə Əliyeva Vəfa Oqtay qızının ünvanı:

 

                      İmzası:                                                                                    

 

  Tarix:   

 Qeyd: Əmək Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulan əmək müqaviləsinin məzmununa daxil olan şərtlər, məlumatlar həmin müqavilə tərtib edilərkən hökmən göstərilməlidir. Bu nümunədə göstərilən əlavə müddəaların, şərtlərin hər biri, konkret hallarda işəgötürən və işçi tərəfindən əmək müqaviləsi bağlanarkən razılaşdırılaraq tərtib edilir. Lakin bütün hallarda işəgötürən əmək müqaviləsinin məzmununu bu nümunədə göstərilən qaydada dolğun şəkildə tərtib etməyə borcludur. İşəgötürən bu nümunəyə tam uyğun olan əmək müqaviləsinin formalarını kifayət miqdarda nəşriyyat üsulu ilə hazırlanmasını təmin etməlidir. Əmək müqaviləsinin formasındakı boş yerlər əl ilə və ya makinada, kompüterdə səliqə ilə yazılmalıdır, məlumatların pozulmasına, qaralanmasına yol verilməməlidir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?