İdarəetmə / Direktor / Metodika / Ümumi

Laborant ilə bağlanacaq Əmək müqaviləsinin (kontraktın) forması (layihə) Elşən Qafarov

  • Admin
  • 28-may-2024, 15:22
  • 108 Baxış

Laborant ilə bağlanacaq Əmək müqaviləsinin (kontraktın) forması

 (layihə) Elşən Qafarov

 

 

§1. Əmək müqaviləsini  bağlayan tərəflər haqqında məlumatlar:

 

1.    Bu Əmək müqaviləsi

İşəgötürən: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin    _______ Regional Təhsil İdarəsinin _______ tam orta məktəbinin direktoru    __________(ad)    ___________(soyad)   ____________(ata adı) qızı ilə

İşçi: Azərbaycan Respublikasının vətəndaşı (şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AA 3614675, Fin kod: 1 GZUJKU, 27 yanvar 2024-cü il tarixində ASAN xidmət tərəfindən verilmişdir). Lənkəran Dövlət Universitetini bitirmiş, ali təhsilli (Sosial sığorta nömrəsi ilk dəfə işə qəbul olunanlar üçün yazılmır). Məmmədova (soyad) Sürəyya (ad) Oqtay (ata adı) qızı arasında  «____» (gün)    «_____» (ay) _____ il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra "Əmək Məcəlləsi") müvafiq olaraq bağlanmışdır.

    1.2. İşçi Məmmədova (ad) Sürəyya (soyad) Oqtay (ata adı) qızı

_______(məktəbin ünvanı tam yazılır) yerləşən ______________(məktəbin adı) tam orta məktəbə əsas iş yeri olmaqla fizika (biologiya və ya kimya) fənn kabinetinin laborantı vəzifəsinə işə qəbul  edilir.

    1.3. Bu Əmək müqaviləsi hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. 

 

§2. Əmək müqaviləsinin müddəti

 

    2.1. Bu Əmək müqaviləsi müddətsiz bağlanmışdır  _____(hə, yox)

 .

    2.2.  Bu Əmək müqaviləsi sınaq müddəti müəyyən edilmədən bağlanılır.

   2.3. Bu Əmək müqaviləsi ________səbəbə görə (məsələn, müddətsiz əmək müqaviləsi ilə işləyən məktəbin ________fənn kabinetinin lobarantı Vəliyeva Xanım Şakir qızı qısmən ödənişli sosial məzuniyyətdə olduğu üçün və ya  məktəbdə vakant lobarant ştatı yarandığı üçün və s.) «____» (gün) «____» (ay) _____ il tarixindən «____» (gün) «____» (ay)___   il tarixinədək    «____»  (gün, a və ya il) müddətinə bağlanmışdır.

(Əgər işçi müəyyən müddət üçün işdə olmayan işçinin əvəzinə işə qəbul edilirsə (məsələn, qismən ödənişli sosial məzunuyyət və ya əmək qabiliyyətini müvəqqəti itirən işçinin əvəzinə) bu zaman müddət yazılmaqla eyni zamanda işdə olmayan işçi ___(soyad)  _____(ad)  ______(ata adı) qızının işə çıxdığı tarixədək yazılmalıdır.

Nümunə: Bu Əmək müqaviləsi müddətli-14 iyun 2024-cu il tarixinədək bağlanmışdır.Tərəflər öz aralarında eyni zamanda razılaşırlar ki, qismən ödənişli sosial məzuniyyətdə olan laborant Vəliyeva Xanım Şakir qızı işə çıxdığı (və ya qayıtdığı) gün bu Əmək müqaviləsinə xitam verilir).

           2.4. ________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızı  «__» (gün) «_____» (ay)_____il tarixindən işə başlayır.

 

§3. ____________fənn kabinetinin laborantı  Məmmədova Sürəyya Oqtay qızının hüquqları, vəzifələri və əmək funksiyası.

3.1. ____________fənn kabinetinin laborantı  Məmmədova Sürəyya Oqtay qızının əmək münasibətləri dövründə hüquqları aşağıdakılardır:

3.1.1. təhlükəsiz iş və normal təhsil şəraiti ilə təmin olunmaq;

3.1.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək;

 3.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

 3.1.4.  qanunvericilikdə müəyyən olunmuş qaydada əmək haqqı almaq;

 3.1.5. yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək; 

 3.1.6. mükafatlandırılmaq və təltif olunmaq;

 3.1.7. təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;

3.1.8. əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün məktəbin direktoruna müraciət etmək;

3.1.9. iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;

3.1.10. həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;

3.1.11. qanunvericiliklə müəyyən edilmiş qaydada əmək haqqı almaq;

3.1.12.  iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;

3.1.13. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək;

 3.1.14. qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;

3.1.15. qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək;

3.1.16. hər il Əmək Məcəlləsinin 114-cu maddəsinin ikinci hissəsinə uyğun olaraq 30 təqvim günü  ödənişli  əmək məzuniyyətindən, 116-ci maddəsində və 117-ci maddəsində  (əgər qadındırsa) nəzərdə tutulmuş əlavə məzuniyyətlərdən, müvafiq hallarda  isə sosial (əgər qadındırsa), ödənişsiz, təhsil və yaradılıcılıq məzuniyyətlərindən istifadə etmək;

3.1.17. peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;

3.1.18. əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;

3.1.19. məktəbin direktoru  tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; 

3.1.20. qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;

3.1.21. əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;

3.1.22. sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək;

3.1.23. işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq;

3.1.24. iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə məktəbin direktorundan müvafiq arayışlar almaq;

3.1.25. elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək.

3.1.26. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

3.2. ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızının əmək münasibətləri dövründə vəzifələri aşağıdakılardır:

3.2.1. ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

3.2.2.  “Qanunvericilikdə müəyyən olunmuş qaydada atesstasiyadan keçmək;

3.2.3.  _________ fənn kabinetinin rəhbərinin təlimatlarına ciddi riayət etmək;

3.2.4. ixtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq edilməsində iştirak etmək;

3.2.5. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

3.2.6. şagirdlərə Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

3.2.7. şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

3.2.8. Elm və Təhsil Nazirliyinin 6 noyabr 2014-cu il tarixli kollegiya iclasında qəbul edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın prinsip və tələblərinə, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, xarici görkəminə və geyim tərzinə diqqət etmək, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

3.2.9. şagirdləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;

3.2.10. laboratoriya avadanlığının, cihazlarının, təlimin texniki vasitələrindən təyinatı üzrə düzgün istifadə olunmasını,  kimyəvi reaktivlərin (əgər kimya fənn kabinetinin laborantıdırsa) düzgün saxlanılması və istifadə olunmasını təmin etmək;

3.2.11. yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək, əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarını nümayiş etdirmək;

3.2.12.əlavə təhsil və özünütəhsil yolu ilə ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini daim artırmaq, təhsilin nəticə və göstəriciləri üzrə araşdırma və təhlillər aparmaq, keyfiyyətin yüksəldilməsi və nailiyyətlərin əldə edilməsi üçün təkliflərlə çıxış etmək;

3.2.13.innovasiya və yeni tədris texnologiyalarını mənimsəmək və öz təcrübəsində tətbiq etmək, şagirdlərə qarşı fiziki zor işlətməmək, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmək, hər zaman nitqinə fikir vermək, nitqində kobud və təhqiredici sözlər işlətməmək,şagirlərə verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməmək, öz vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməmək, peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməmək;

3.2.14. bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verməmək, şagirdlər tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini (qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla) qorumaq;

3.2.15. pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməmək, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmaq,öz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına çalışmaq;

3.2.16.məktəb direktorunun qanunauyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirmək, məktəb direktorunun əmrlərinin icrası ilə bağlı məsələlərdə direktor müavinlərinin, fənn kabinet müdirinin, direktorun əmri ilə icraya məsul şəxs müəyyən edilmiş səlahiyyətli şəxslərin tapşırıqlarını yerinə yetirmək;

3.2.17. valideynləri qanunazidd hərəkətlərə sövq etməmək,valideyn və ya digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmaq;

3.2.18. məktəb rəhbərliyi, məktəb psixoloqu, məktəb kitabxanaçısı, UBR-lə, digər fənn kabinet laborantları və həmkarları ilə əməkdaşlıq etmək, şagirdlərin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;

3.2.19. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

3.2.20. əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;

3.2.21. əməyin təhlükəsizliyi normalarına əməl etmək;

3.2.22. işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;

3.2.23. dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;

3.2.24. iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;

3.2.25. fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;

3.2.26. əmək qanunvericiliyinin tələblərinə əməl etmək;

3.2.27. gündəlik iş vaxtının başlanmasına azı 10 dəqiqə qalmış məktəbdə olmaq;

3.2.28. məktəb direktorunun əmri ilə ona tapşırılmış  ictimai əsaslı vəzifələri dəqiq, vicdanla, nöqsansız yerinə yetirmək;

3.2.29. məktəbin pedaqoji şurasının, metodbirləşmə, məktəb valideyin komitəsinin və digər kollegial orqanların işində fəal iştirak etmək;

3.2.30. laboratoriyada olan avadanlıqları, cihazlar və müxtəlif maddələri qorumaq, təyinatı üzrə praktiki dərslərdə kabinet müdirinin nəzarəti altında istifadə etmək;

3.2.31. şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

3.2.32. “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasını, “Ümumi təhsilin dövlət standartlarını”, tədris etdiyi fənn üzrə fənn kurikulumunu, pedaqoji, elmi-metodik və təşkilati məsələlərin həlli çərçivəsində fənlərin ümumi nəzəri əsaslarını,  pedaqogika və psixologiya elminin son nailiyyətlərini, fizioloji inkişafı, tədris metodikasını, tərbiyə işlərinin metodikasını, informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini, fənn üzrə təlimin məzmunu və təşkili prinsiplərini, tədris kabinetlərinin və yardımçı binaların avadanlıqlarla təchiz olunmasına qoyulan tələbləri, əmək qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını bilmək;

           3.3. ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızı  vəzifəsi üzrə aşağıda verilmiş əmək funksiyalarının icrasını öhdəsinə götürür:

 3.3.1.Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir.

3.3.2. Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırılmasını, onların müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.

3.3.3. Laborantı olduğu  fənnin spesifik xüsusiyyətləri nəzərə alınmaqla praktiki dərslərin təşkilində iştirak edir.

3.3.4. Kabinet rəhbərinin təlimatlarına ciddi riayət edir.

3.3.5.  Avadanlıqları, cihazları, aparaturaları, reaktivləri laboratoriya işlərində, dərslərdə və məşğələlərdə istifadə olunması üçün hazırlayır.

3.3.6. Avadanlıqların, cihazların, aparaturaların, reaktivlərin müvafiq təlimatlara və digər texniki sənədlərə uyğunluğunu yoxlayır.

3.3.7. Müəyyən olunmuş formada hesabatlar hazırlayır.

3.3.8. Tədris avadanlıqlarından istifadə zamanı təhlükəsizlik texnikası və sanitariya tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Məktəb əmlakının qorunmasına, ondan səmərəli istifadə olunmasına görə məsuliyyət daşıyır.

3.3.9. Müəllimləri dərs məşğələsi üçün lazım olan materiallarla təmin edir.

3.3.10. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə yönəldilən təkliflər irəli sürür, müntəzəm surətdə özünün peşə ixtisasını yüksəltməyə çalışır.

3.3.11. Vəzifəsi üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə yiyələnir.

3.3.12. Müəllimlərlə, məktəbin digər işçiləri ilə, valideyinlərlə və şagirlərlə münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçir.

3.3.13. Peşə fəaliyyətini həyata keçirərkən müəllimlərin etik davranış qaydalarına, pedaqoji etika və normalara, qanunvericiliyin və bu əmək müqaviləsinin tələblərinə əməl edir.

3.3.14. Məktəb direktorunun  müfaviq əmri ilə müəyyən olunmuş vəzifələri dəqiq, vicdanla, nöqsansız yerinə yetirir.

3.3.15. Məktəbdə təşkil olunan tədbirlərdə fəal iştirak edir, bu tədbirlərin təşkili ilə bağlı məktəb rəhbərliyinin ona qanunvericilik çərçivəsində verdiyi tapşırıqları vaxtında, nöqsansız yerinə yetirir.

3.3.16. Vəzifəsi ilə bağlı sənədləşmənin vaxtında, nöqsansız yazılmasını təmin edir. Sənədləşmə zamanı yol verdiyi nöqsanlarla bağlı məktəb rəhbərliyini vaxtında məlumatlandırır.

3.3.17. Tədris avadanlıqlarından, təlimin texniki vasitələrindən, cihazlardan istifadə olunmasının mövcud standartlarını və texniki şərtlərini, avadanlıqlardan istifadə qaydaları ilə bağlı biliklərinin daim artmasına çalışır.

3.3.18. Şagirdlərə qarşı xeyirxah və ədalətli davranır, onlara qarşı haqsızlığa yol verildikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır. Şagirdləri zərərli vərdişlərdən çəkindirir.

           3.4. Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir.

           3.5.  ____________fənn kabinetinin laborantı  Məmmədova Sürəyya Oqtay qızı bu Əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməsinə görə məsuliyyət daşıyır.

§4. Əmək şəraitinin şərtləri:

           Məktəb direktoru ___(soyad)  _________(ad)_________(ata adı)  aşağıdakı əmək şəraiti yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:

Əmək haqqı üzrə:

 

           4.1. ____________fənn kabinetinin laborantı  Məmmədova Sürəyya Oqtay qızına  hər ay ____________ məbləğdə əmək haqqı ödənilir;

(Qeyd: Tərəflər razılaşırlar ki, Əmək müqaviləsinin bu bəndi aylıq əmək haqqı hər tədris ilində müvafiq əmrlə müəyyən olunmuş müəllimin həftəlik dərs yükünə və qanunvericiliyə uyğun olaraq müəyyən ediləcək).

           4.2. Əmək haqqı:

           - _____________ manat məbləğində tarif haqqından (vəzifə maaşından);

           - tarif haqqına (vəzifə maaşına) ____________________  miqdarda əlavədən (məsələn sinif rəhbərliyinə, fiziki tərbiyə rəhbərliyinə, dərnək rəhbərliyinə, fənn kabinet müdirliyinə görə) ibarətdir;

           4.3. Əmək haqqı:

              - ayda bir dəfə hər təqvim ayının sonuncu iş günü ödənilir;

                                                       

           - əmək haqqı və digər ödənişlər ____________fənn kabinetinin laborantı  Məmmədova Sürəyya Oqtay qızının   __________________________________________

                                            (bankın adı)

bankdakı hesabına köçürülür;

           4.4. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında  ____________fənn kabinetinin laborantı  Məmmədova Sürəyya Oqtay qızı qabaqcadan məlumatlandırılır.

Əməyin mühafizəsi üzrə:

           4.5.   ____________fənn kabinetinin laborantı  Məmmədova Sürəyya Oqtay qızının sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır;

           4.6.  ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızı əməyin mühafizəsi normaları ilə hər tədris ilində bir dəfədən az olmayaraq təlimatlandırılır;

           4.7. ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızı özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur.

           4.8. Məktəbin direktoru işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır.

           İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində ____________fənn kabinetinin laborantı  Məmmədova Sürəyya Oqtay qızının həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir; 

           4.9. Məktəb direktorunun  təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları pozulduğuna görə ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızı həlak olarsa, onun himayəsində olan şəxslər qarşısında məktəb direktoru qanuvericilikdə nəzərdə tutulan qaydada maddi məsuliyyət daşıyır.

İş və istirahət vaxtı üzrə:

           4.10. Fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızı gündə (məktəb 5 günlük iş həftəsilə işlədikdə) 7 saatdan(məktəb 6 günlük iş həftəsi ilə işlədikdə) gündə 6 saatdan, həftə ərzində isə 36 saatdan çox olmayaraq işləyir;

           4.11. İş saat _____________ başlanır, saat _____________ qurtarır;

           4.12. Nahar vaxtı saat _____________ dan  saat _____________  dəkdir;

           4.13. İş __________ növbəlidir:

            Birinci növbə saat __________ başlanır və saat __________ qurtarır;

            İkinci növbə saat __________ başlanır və saat __________ qurtarır;

           4.14. İstirahət günləri hər həftənin __________ günləridir;

           4.15.  ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızı iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində  məktəb direktorunun yazılı razılığı ilə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər.

Məzuniyyət üzrə:

           4.16. ____________fənn kabinetinin laborantı  Məmmədova Sürəyya Oqtay qızı iş ili  hər təqvim ilinin  15 sentyabr tarixində başlayır, növbəti təqvim ilinin 15 sentyabr tarixində bitir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir.

           4.17.  Əsas məzuniyyətinin müddəti Əmək Məcəlləsinin 114-cu maddəsinin  ikinci hissəsinə uyğun olaraq 30 təqvim günüdür.   ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızına Əmək Məcəlləsinin 116-ci maddəsinə uyğun olaraq ____ təqvim günü və 117-ci (əgər qadındırsa) maddəsinə  uyğun olaraq ___ təqvim günü əlavə əmək məzuniyyəti verilir.

           4.18. Təhsil almaqla əlaqədar ödənişli məzuniyyətlər və yaradıcılıq məzuniyyəti Əmək Məcəlləsində nəzərdə tutulan müddətdə verilir.

           4.19. Ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsinin 130-cu madəsi ilə müəyyən edilmiş hallarda, habelə əmək Məcəlləsinin 129-cu maddəsi ilə müəyyən edilmiş hallarda məktəb direktoru ilə razılıq əsasında istifadə edilir.

Bədən tərbiyəsi və idman üzrə:

           4.20. . ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızına  bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaradılır.

           Tərəflərin müəyyən etdiyi, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan digər əlavə şərtlər:

           4.21. ____________fənn kabinetinin laborantı  Məmmədova Sürəyya Oqtay qızına toyu olduğu tarixdən 5 təqvim günü məzuniyyət verilir;

           4.21. ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızına əmək Məcəlləsinin 296-cı maddəsinin qeyd bölməsində göstərildiyi kimi, yaxın qohumları vəfat edərkən 3 təqvim günü ödənişli məzunuyyət verilir.

§5. Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti:

           5.1. Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.

           5.2. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.

           5.3. Tərəflər məhkəməyə müraciət etmədən, ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər.

§6. Sosial müdafiə məsələləri:

           6.1.  ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızının məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay __________ məbləğdə sığorta haqqı ödənilir və məktəb direktoru tərəfindən o, __________ məbləğdə əlavə sığorta edilir;

           6.2. ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızının  sosial müdafiə olunması, güzəşt və imtiyazları, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, tibbi sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta hüququ təmin edilir; 

           6.3. ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızına əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir. 

§7. Mülkiyyət münasibətlərinin tənzimlənməsi:

           7.1. ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızı iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də məktəbin əsas inventarları siyahısına daxil olan əmlakın qorunmasına görə cavabdehdir;

§8. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar.

     8.1. Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.

§9. Əmək müqaviləsinə xitam verilməsi:

           9.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər;

           9.2. Məktəb direktoru tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızı qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir;

           9.3.  ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızı tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir;

           9.4. Məktəb direktoru tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla  ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızının iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir;

§10. Yekun qaydalar:

           10.1. Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.

           10.2. Bu Əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri  ____________fənn kabinetinin laborantı Məmmədova Sürəyya Oqtay qızında, digəri isə məktəbdə saxlanılır.

           10.3. Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.

           10.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.

           10.5. Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından, mülkiyyətçidən tələb etmək hüququna malikdirlər.

           10.6. Bu Əmək müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərimizi vicdanla yerinə yetirəcək, şəxsi, maddi, maliyyə, istehsal maraqlarımıza, habelə ictimai birliklərdə və siyasi partiyalarda müstəqil iştirakımıza qarşılıqlı hörmət göstərəcəyik.

§11. Tərəflərin imzaları və ünvanları:

           11.1. Məktəb direktorunun adı, atasının adı və soyadı, habelə müştərisi olduğu bankın adı, hesablaşma hesablarının nömrələri, kodu, hüquqi ünvanı:

 

                      Möhürü:                                                                                       İmzası:

                      11.2. ____________fənn kabinetinin laborantı  Məmmədova Sürəyya Oqtay qızının adı, atasının adı və soyadı göstərilməklə ünvanı:

 

                      İmzası:                                                                                      Tarix: 

 

           Qeyd: Əmək Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulan əmək müqaviləsinin məzmununa daxil olan şərtlər, məlumatlar həmin müqavilə tərtib edilərkən hökmən göstərilməlidir. Bu nümunədə göstərilən əlavə müddəaların, şərtlərin hər biri, konkret hallarda işəgötürən və işçi tərəfindən əmək müqaviləsi bağlanarkən razılaşdırılaraq tərtib edilir. Lakin bütün hallarda işəgötürən əmək müqaviləsinin məzmununu bu nümunədə göstərilən qaydada dolğun şəkildə tərtib etməyə borcludur. İşəgötürən bu nümunəyə tam uyğun olan əmək müqaviləsinin formalarını kifayət miqdarda nəşriyyat üsulu ilə hazırlanmasını təmin etməlidir. Əmək müqaviləsinin formasındakı boş yerlər əl ilə və ya makinada, kompüterdə səliqə ilə yazılmalıdır, məlumatların pozulmasına, qaralanmasına yol verilməməlidir.

 

 

 

 Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə:

            1. Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.

           2. Bu Əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir:

           a) ;

           b) ;

           c)  …(bütün dəyişikliklər və əlavələr təfsilatı ilə sadalanmalıdır)

           3. Tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr dərhal (……… gündən gec olmayaraq) qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.

 

                            İmzalar:

                             ________________________________ İşəgötürən

                             ________________________________ İşçi


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?