Müəllim ilə bağlanacaq Əmək müqaviləsinin (kontraktın) forması (layihə) Elşən Qafarov
- Admin
- 28-may-2024, 15:26
- 523 Baxış
Müəllim ilə bağlanacaq
Əmək müqaviləsinin (kontraktın) forması (layihə) Elşən Qafarov
§1. Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar
1. Bu Əmək müqaviləsi
İşəgötürən: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin _______ Regional Təhsil İdarəsinin _______ tam orta məktəbinin direktoru __________(ad) ___________(s/ad) ____________(ata adı) qızı ilə
İşçi: Azərbaycan Respublikasının vətəndaşı (şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AA 3614675, Fin kodu: 1 GZUJKU, 27 yanvar 2024-cü il tarixində ASAN xidmət tərəfindən verilmişdir.) Lənkəran Dövlət Universitetini bitirmiş, ali təhsilli, tarix müəllimi (Sosial sığorta nömrəsi ilk dəfə işə qəbul olunanlar üçün yazılmır.) Ağayev (s/ad) Cəmil (ad) Əli (ata adı) oğlu arasında «____» (gün) «_____» (ay) _____ il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra "Əmək Məcəlləsi") müvafiq olaraq bağlanmışdır.
1.2. İşçi Ağayev (ad) Cəmil (s/ad) Əli (ata adı) oğlu
_______(məktəbin ünvanı tam yazılır) yerləşən ______________(məktəbin adı) tam orta məktəbə əsas iş yeri olmaqla tarix müəllimi vəzifəsinə işə qəbul edilir.
1.3. Bu Əmək müqaviləsi hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.
§2. Əmək müqaviləsinin müddəti
2.1. Bu Əmək müqaviləsi müddətsiz bağlanmışdır. _____(hə, yox)
.
2.2. Bu Əmək müqaviləsi sınaq müddəti müəyyən edilmədən bağlanılır.
2.3. Bu Əmək müqaviləsi ________səbəbə görə (məsələn, müddətsiz əmək müqaviləsi ilə işləyən məktəbin tarix müəllimi Əliyeva Xuraman Məmməd qızı qısmən ödənişli sosial məzuniyyətdə olduğu üçün və ya məktəbdə vakant dərs saatları yarandığı üçün və s.) «____» (gün) «____» (ay) _____ il tarixindən «____» (gün) «____» (ay)___il tarixinədək «____» (gün, ay və ya il) müddətinə bağlanmışdır.
(Əgər işçi müəyyən müddət üçün işdə olmayan işçinin əvəzinə işə qəbul edilirsə (məsələn, qismən ödənişli sosial məzunuyyət və ya əmək qabiliyyətini müvəqqəti itirən işçininin əvəzinə) bu zaman müddət yazılmaqla eyni zamanda işdə olmayan işçi ___(s/ad) _____(ad) ______(ata adı) qızının işə çıxdığı tarixədək yazılmalıdır.
Nümunə: Bu Əmək müqaviləsi müddətli - 14 iyun 2024-cu il tarixinədək bağlanmışdır.Tərəflər öz aralarında eyni zamanda razılaşırlar ki, qismən ödənişli sosial məzuniyyətdə olan müəllim Əliyeva Xuraman Məmməd qızı işə çıxdığı (və ya qayıtdığı) gün bu Əmək müqaviləsinə xitam verilir.)
2.4. İşçi (tarix müəllimi) Ağayev Cəmil Əli oğlu «__» (gün) «_____» (ay)_____il tarixindən işə başlayır.
§3. Tarix müəllimi Ağayev Cəmil Əli oğlunun hüquqları, vəzifələri və əmək funksiyası
3.1. Tarix müəllimi Ağayev Cəmil Əli oğlunun əmək münasibətləri dövründə hüquqları aşağıdakılardır:
3.1.1. təhlükəsiz iş və normal təhsil şəraiti ilə təmin olunmaq;
3.1.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək;
3.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
3.1.4. tədrisin forma, metod və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;
3.1.5. yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;
3.1.6. mükafatlandırılmaq və təltif olunmaq;
3.1.7. təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;
3.1.8. əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün məktəbin direktoruna müraciət etmək;
3.1.9. iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;
3.1.10. həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;
3.1.11. qanunvericiliklə müəyyən edilmiş qaydada əmək haqqı almaq;
3.1.12. iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;
3.1.13. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək;
3.1.14. qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq;
3.1.15. qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək;
3.1.16. hər il Əmək Məcəlləsinin 118-ci maddəsinin birinci hissəsinə uyğun olaraq 56 təqvim günü ödənişli əmək məzuniyyətindən, müvafiq hallarda sosial (əgər qadındırsa), ödənişsiz, təhsil və yaradılıcılıq məzuniyyətlərindən istifadə etmək;
3.1.17. peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;
3.1.18. əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;
3.1.19. məktəbin direktoru tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək;
3.1.20. qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;
3.1.21. əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;
3.1.22. sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək;
3.1.23. işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq;
3.1.24. iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə məktəbin direktorundan müvafiq arayışlar almaq;
3.1.25. elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək.
3.1.26. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
3.2. Tarix müəllimi Ağayev Cəmil Əli oğlunun əmək münasibətləri dövründə vəzifələri aşağıdakılardır:
3.2.1. ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
3.2.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsi ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmadan keçmək;
3.2.3. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək;
3.2.4. ixtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək;
3.2.5. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;
3.2.6. şagirdlərə Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
3.2.7. şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
3.2.8. Elm və Təhsil Nazirliyinin 6 noyabr 2014-cu il tarixli kollegiya iclasında qəbul edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın prinsip və tələblərinə, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, xarici görkəminə və geyim tərzinə diqqət etmək, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
3.2.9. şagirdləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;
3.2.10. tədris etdiyi siniflərdə təlim nəticələri zəif olan şagirdlər üçün əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək;
3.2.11. yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək, şagirdlərinin fənn olimpiadaları, müxtəlif növ bilik yarışlarında, müsabiqələrdə iştirakı üçün çalışmaq, əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarını nümayiş etdirmək;
3.2.12.əlavə təhsil və özünütəhsil yolu ilə ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini daim artırmaq, təhsilin nəticə və göstəriciləri üzrə araşdırma və təhlillər aparmaq, keyfiyyətin yüksəldilməsi və nailiyyətlərin əldə edilməsi üçün təkliflərlə çıxış etmək;
3.2.13.innovasiya və yeni tədris texnologiyalarını mənimsəmək və öz təcrübəsində tətbiq etmək, şagirdlərə qarşı fiziki zor işlətməmək, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmək, hər zaman nitqinə fikir vermək, nitqində kobud və təhqiredici sözlər işlətməmək,şagirlərə verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməmək, öz vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməmək, peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməmək;
3.2.14. bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməmək, şagirdlər tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini (qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla) qorumaq;
3.2.15. pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməmək, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmaq,öz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına çalışmaq;
3.2.16.məktəb direktorunun qanunauyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirmək, məktəb direktorunun əmrlərinin icrası ilə bağlı məsələlərdə direktor müavinlərinin, metodbirləşmə rəhbərinin, direktorun əmri ilə icraya məsul şəxs müəyyən edilmiş səlahiyyətli şəxslərin tapşırıqlarını yerinə yetirmək;
3.2.17. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq, valideyn və ya digər qanuni nümayəndələrin hüquqlarını bilmək, onlara təhsilalanlarla bağlı tövsiyələr vermək, valideyn və uşaqlar arasında yaranan mübahisə və münaqişələrin həllində yardımçı olmaq, valideynləri qanunazidd hərəkətlərə sövq etməmək,valideyn və ya digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmaq;
3.2.18. məktəb rəhbərliyi, məktəb psixoloqu, məktəb kitabxanaçısı,UBR-lə və həmkarları ilə əməkdaşlıq etmək, şagirlərin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;
3.2.19. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
3.2.20. əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
3.2.21. əməyin təhlükəsizliyi normalarına əməl etmək;
3.2.22. işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
3.2.23. dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
3.2.24. iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
3.2.25. fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
3.2.26. əmək qanunvericiliyinin tələblərinə əməl etmək;
3.2.27. gündəlik dərs cədvəli ilə müəyyən olunmuş dərs məşğələlərinə, dərsdənkənar (fakültativ) və məktəbdənkənar (dərnək) məşğələlərinə hazırlıqlı gəlmək, cədvəl üzrə ilk dərsinin başlanmasına azı 20 dəqiqə qalmış məktəbdə olmaq.
3.2.28. məktəb direktorunun əmri ilə ona tapşırılmış növbətçilik və digər ictimai əsaslı vəzifələri dəqiq, vicdanla, nöqsansız yerinə yetirmək;
3.2.29. məktəbin Pedaqoji Şurasının, metodbirləşmə, Məktəb Valideyin Komitəsinin və digər kollegial orqanların işində fəal iştirak etmək;
3.2.30. məktəb direktorunun əmri ilə ona tapşırılmış sinif rəhbəri, və digər vəzifələri dəqiq, vicdanla, nöqsansız yerinə yetirmək;
3.2.31. Şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
3.2.32. “Təhsil haqqında”, “Ümumi təhsil haqqında, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasını, “Ümumi təhsilin dövlət standartlarını”, tədris etdiyi fənn üzrə fənn kurikulumunu, pedaqoji, elmi-metodik və təşkilati məsələlərin həlli çərçivəsində fənlərin ümumi nəzəri əsaslarını, pedaqogika və psixologiya elminin son nailiyyətlərini, fizioloji inkişafı, tədris metodikasını, tərbiyə işlərinin metodikasını, İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini, fənn üzrə təlimin məzmunu və təşkili prinsiplərini, tədris kabinetlərinin və yardımçı binaların avadanlıqlarla təchiz olunmasına qoyulan tələbləri, əmək qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını bilmək;
3.3. Tarix müəllimi Ağayev Cəmil Əli oğlu vəzifəsi üzrə aşağıda verilmiş əmək funksiyalarının icrasını öhdəsinə götürür:
3.3.1.Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir.
3.3.2. Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırılmasını, onların müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.
3.3.3.Tədris edilən fənnin spesifik xüsusiyyətləri nəzərə alınmaqla şagirdlərlə təlim məşğələləri aparır.
3.3.4. Təlim prosesində müxtəlif formalardan, üsullardan, metodlardan, təlim strategiyalarından istifadə edir.
3.3.5. Tədris etdiyi fənn üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin dövlət standartları səviyyəsində mənimsəməsini təmin edir.
3.3.6. Tədris etdiyi fənnə dair sinifdənkənar tədbirlər üzrə iş aparır. Məktəbin direktoru, direktor müavinləri, UBR, kitabxanaçı, sinif rəhbərləri, şagirdlərin valideynləri, yaxud onları əvəz edən şəxslərlə müntəzəm əlaqə saxlayır.
3.3.7. Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir.
3.3.8. Tədris avadanlıqlarından istifadə zamanı təhlükəsizlik texnikası və sanitariya tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Məktəb əmlakının qorunmasına, ondan səmərəli istifadə olunmasına görə məsuliyyət daşıyır.
3.3.9. Metodbirləşmələrin fəaliyyətində və həyata keçirilən digər metodik işlərin təşkilində iştirak edir. Motodbirləşmə rəhbərinin məktəb direktorunun qanunvericiliyə uyğun olan əmr və tapşırıqlarından irəli gələn, metodbirləşmənin fəaliyyətinin təşkili ilə bağlı tapşırıqlarını vaxtında, nöqsansız yerinə yetirir.
3.3.10. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə yönəldilən təkliflər irəli sürür, müntəzəm surətdə özünün peşə ixtisasını yüksəltməyə çalışır.
3.3.11. İxtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə yiyələnir.
3.3.12. Müəllimlərlə, məktəbin digər işçiləri ilə, valideyinlərlə və şagirlərlə münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçir.
3.3.13. Peşə fəaliyyətini həyata keçirərkən Müəllimlərin etik davranış Qaydalarına, pedaqoji etika və normalara, qanunvericiliyin və bu Əmək müqaviləsinin tələblərinə əməl edir.
3.3.14. Məktəb direktorunun əmri ilə sinif rəhbəri, fənn metod birləşməsinə rəhbər, dərək rəhbəri, məktəb üzrə növbətçi, məktəbdə həyata keçirilən tədbirlər üzrə işçi qruplarına sədr və ya üzv təyin olunarsa, həmin vəzifələr üzrə məktəb direktorunun müfaviq əmri ilə müəyyən olunmuş vəzifələri dəqiq, vicdanla, nörsansız yerinə yetirir.
3.3.15. Məktəbdə təşkil olunun tədbirlərdə fəal iştirak edir, bu tədbirlərin təşkili ilə bağlı məktəb rəhbərliyinin ona qanunvericilik çərçivəsində verdiyi tapşırıqları vaxtında, nöqsansız yerinə yetirir.
3.3.16. Sinif jurnallarını, müfaviq hallarda dərsdənkənar( fakültativ) və dərnək məşğələlərinin, evdə təhsilə cəlb olunmuş şagirdin gündəliyinin (jurnalının) və digər məktəb sənədləşməsinin vaxtında, nöqsansız yazılmasını təmin edir. Sənədləşmə zamanı yol verdiyi nöqsanlarla bağlı məktəb rəhbərliyini vaxtında məlumatlandırır.
3.3.17. Məktəbdaxili qiymətləndirməni təlimata, məktəb rəhbərliyinin qanunvericiliyə uyğun olaraq verdiyi tapşırıqlara uyğun olaraq vaxtında, nöqsansız yerinə yetirir.Şagirlərin fəaliyyəti, nailiyyətləri, bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsində obyektiv və qərəzsiz davranır, şagirdlərdə özünə inam hissini möhkəmləndiririr, motivasiyanı yüksəldir. Şagirdlərə verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol vermir. Valideyn və ya digər qanuni nümayəndələrlə münasibətləri şagirdlərlə münasibətlərə və onların nailiyyətlərinin qiymətləndirilməsinə təsir göstərməsinə imkan vermir.
3.3.18. Şagirdlərə qarşı xeyirxah və ədalətli davranmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır. Şagirdləri zərərli vərdişlərdən çəkindirir.
3.4. Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir.
3.5. Tarix müəllimi Ağayev Cəmil Əli oğlu bu Əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməsinə görə məsuliyyət daşıyır.
§4. Əmək şəraitinin şərtləri
Məktəb direktoru ___(s/ad) _________(ad)_________(ata adı) aşağıdakı əmək şəraiti yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:
Əmək haqqı üzrə
4.1. Tarix müəllimi Ağayev Cəmil Əli oğluna hər ay ____________ məbləğdə əmək haqqı ödənilir;
(Qeyd: Tərəflər razılaşırlar ki, Əmək müqaviləsinin bu bəndi aylıq əmək haqqı hər tədris ilində müvafiq əmrlə müəyyən olunmuş müəllimin həftəlik dərs yükünə və qanunvericiliyə uyğun olaraq müəyyən ediləcək.)
4.2. Əmək haqqı:
- _____________ manat məbləğində tarif haqqından (vəzifə maaşından);
- tarif haqqına (vəzifə maaşına) ____________________ miqdarda əlavədən (məsələn, sinif rəhbərliyinə, fiziki tərbiyə rəhbərliyinə, dərnək rəhbərliyinə, fənn kabinet müdirliyinə görə) ibarətdir;
4.3. Əmək haqqı:
- ayda bir dəfə hər təqvim ayının sonuncu iş günü ödənilir;
- əmək haqqı və digər ödənclər tarix müəllimi Ağayev Cəmil Əli oğlunun __________________________________________
(bankın adı)
bankdakı hesabına köçürülür;
4.4. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında tarix müəllimi Ağayev Cəmil Əli oğlu qabaqcadan məlumatlandırılır.
Əməyin mühafizəsi üzrə
4.5. Tarix müəllimi Ağayev Cəmil Əli oğlunun sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır;
4.6. Tarix müəllimi Ağayev Cəmil Əli oğlu əməyin mühafizəsi normaları ilə hər tədris ilində bir dəfədən az olmayaraq təlimatlandırılır;
4.7. Tarix müəllimi Ağayev Cəmil Əli oğlu özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur;
4.8. Məktəbin direktoru işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində Tarix müəllimi Ağayev Cəmil Əli oğlunun həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir;
4.9. Məktəb direktorunun təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları pozulduğuna görə Tarix müəllimi Ağayev Cəmil Əli oğlu həlak olarsa, onun himayəsində olan şəxslər qarşısında məktəb direktoru qanuvericilikdə nəzərdə tutulan qaydada maddi məsuliyyət daşıyır;
İş və istirahət vaxtı üzrə
4.10. Tarix müəllimi Ağayev Cəmil Əli oğlu gündə (məktəb 5 günlük iş həftəsilə işlədikdə) 7 saatdan,(məktəb 6 günlük iş həftəsi ilə işlədikdə) gündə 6 saatdan, həftə ərzində isə 36 saatdan çox olmayaraq işləyir;
4.11. İş saat _____________ başlanır, saat _____________ qurtarır;
4.12. Nahar vaxtı saat _____________ - dan saat _____________ - dəkdir;
4.13. İş __________ növbəlidir:
- Birinci növbə saat __________ başlanır və saat __________ qurtarır;
- İkinci növbə saat __________ başlanır və saat __________ qurtarır;
4.14. İstirahət günləri hər həftənin __________ günləridir;
4.15. Tarix müəllimi Ağayev Cəmil Əli oğlu iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində məktəb direktorunun yazılı razılığı ilə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər.
Məzuniyyət üzrə
4.16. Tarix müəllimi Ağayev Cəmil Əli oğlu iş ili hər təqvim ilinin 15 sentyabr tarixində başlayır, növbəti təqvim ilinin 15 sentyabr tarixində bitir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir.
4.17. Əmək məzuniyyətinin müddəti 56 təqvim günüdür.
4.18. Təhsil almaqla əlaqədar ödənişli məzuniyyətlər və yaradıcılıq məzuniyyəti Əmək Məcəlləsində nəzərdə tutulan müddətdə verilir.
4.19. Ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsinin 130-cu maddəsi ilə müəyyən edilmiş hallarda, habelə əmək Məcəlləsinin 129-cu maddəsi ilə müəyyən edilmiş hallarda məktəb direktoru ilə razılıq əsasında istifadə edilir.
Bədən tərbiyəsi və idman üzrə
4.20. Tarix müəllimi Ağayev Cəmil Əli oğluna bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaradılır.
Tərəflərin müəyyən etdiyi, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan digər əlavə şərtlər
4.21. Tarix müəllimi Ağayev Cəmil Əli oğluna toyu olduğu tarixdən 5 təqvim günü; ?
4.22. Tarix müəllimi Ağayev Cəmil Əli oğluna əmək Məcəlləsinin 296-cı maddəsinin qeyd bölməsində göstərildiyi kimi, yaxın qohumları vəvat edətkən 3 təqvim günü ödənişli məzuniyyət verilir.
4.23. Tarix müəllimi Ağayev Cəmil Əli oğlu 14 təqvim günündən artıq ödənişsiz məzuniyyət istədikdə yerli həmkarlar təşkilatı ilə razılaşdırılmalıdır.
§5. Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti
5.1. Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.
5.2. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.
5.3. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər.
§6. Sosial müdafiə məsələləri
6.1. Tarix müəllimi Ağayev Cəmil Əli oğlunun məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay __________ məbləğdə sığorta haqqı ödənilir və məktəb direktoru tərəfindən o, __________ məbləğdə əlavə sığorta edilir;
6.2. Tarix müəllimi Ağayev Cəmil Əli oğlunun sosial müdafiə olunması, güzəşt və imtiyazları, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, tibbi sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta hüququ təmin edilir;
6.3. Tarix müəllimi Ağayev Cəmil Əli oğluna əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir.
§7. Mülkiyyət münasibətlərinin tənzimlənməsi
7.1. Tarix müəllimi Ağayev Cəmil Əli oğlu iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də məktəbin əsas inventarları siyahısına daxil olan əmlakın qorunmasına görə cavabdehdir;
§8. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar
8.1. Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.
§9. Əmək müqaviləsinə xitam verilməsi
9.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər;
9.2. Məktəb direktoru tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən tarix müəllimi Ağayev Cəmil Əli oğlu qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir;
9.3. Tarix müəllimi Ağayev Cəmil Əli oğlu tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir;
9.4. Məktəb direktoru tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla tarix müəllimi Ağayev Cəmil Əli oğlunun iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir;
§10. Yekun qaydalar
10.1. Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.
10.2. Bu Əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri tarix müəllimi Ağayev Cəmil Əli oğlunda, digəri isə məktəbdə saxlanılır.
10.3. Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.
10.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.
10.5. Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından, mülkiyyətçidən tələb etmək hüququna malikdirlər.
10.6. Bu Əmək müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərimizi vicdanla yerinə yetirəcək, şəxsi, maddi, maliyyə, istehsal maraqlarımıza, habelə ictimai, birliklərdə və siyasi partiyalarda müstəqil iştirakımıza qarşılıqlı hörmət göstərəcəyik.
§11. Tərəflərin imzaları və ünvanları:
11.1. Məktəb direktorunun adı, atasının adı və soyadı, habelə müştərisi olduğu bankın adı, hesablaşma hesablarının nömrələri, kodu, hüquqi ünvanı:
Möhürü İmzası:
11.2. Tarix müəllimi Ağayev Cəmil Əli oğlunun adı, atasının adı və soyadı göstərilməklə ünvanı:
İmzası: Tarix
Qeyd: Əmək Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulan əmək müqaviləsinin məzmununa daxil olan şərtlər, məlumatlar həmin müqavilə tərtib edilərkən hökmən göstərilməlidir. Bu nümunədə göstərilən əlavə müddəaların, şərtlərin hər biri, konkret hallarda işəgötürən və işçi tərəfindən əmək müqaviləsi bağlanarkən razılaşdırılaraq tərtib edilir. Lakin bütün hallarda işəgötürən əmək müqaviləsinin məzmununu bu nümunədə göstərilən qaydada dolğun şəkildə tərtib etməyə borcludur. İşəgötürən bu nümunəyə tam uyğun olan əmək müqaviləsinin formalarını kifayət miqdarda nəşriyyat üsulu ilə hazırlanmasını təmin etməlidir. Əmək müqaviləsinin formasındakı boş yerlər əl ilə və ya makinada, kompüterdə səliqə ilə yazılmalıdır, məlumatların pozulmasına, qaralanmasına yol verilməməlidir.
Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar
1. Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.
2. Bu Əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir:
a) ;
b) ;
c) …(bütün dəyişikliklər və əlavələr təfsilatı ilə sadalanmalıdır)
3. Tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr dərhal (………gündən gec olmayaraq) qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.
İmzalar:
________________________________ İşəgötürən
________________________________ İşçi