İdarəetmə / Direktor / Metodika / Ümumi

Uşaq Birliyi Rəhbəri ilə bağlanacaq Əmək müqaviləsinin (kontraktın) forması (layihə) Elşən Qafarov

  • Admin
  • 28-may-2024, 15:33
  • 186 Baxış


Uşaq Birliyi Rəhbəri  ilə bağlanacaq

Əmək müqaviləsinin (kontraktın) forması (layihə) Elşən Qafarov

 

 

§1. Əmək müqaviləsini  bağlayan tərəflər haqqında məlumatlar

 

1.    Bu Əmək müqaviləsi

İşəgötürən:  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin    _______ Regional Təhsil İdarəsinin _______ tam orta məktəbinin direktoru    __________(ad)    ___________(s/ad)   ____________(ata adı) qızı ilə

İşçi: Azərbaycan Respublikasının vətəndaşı  (şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AA 3614675, Fin kodu: 1 GZUJKU, 27 yanvar 2024-cü il tarixində ASAN xidmət tərəfindən verilmişdir.) Lənkəran Dövlət Universitetini bitirmiş, ali təhsilli, ibtidai sinif müəllimi (Sosial sığorta nömrəsi ilk dəfə işə qəbul olunanlar üçün yazılmır.) Əliyev (s/ad) Vaqif (ad) Oqtay (ata adı) oğlu  arasında  «____» (gün) «_____» (ay) _____ il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra "Əmək Məcəlləsi") müvafiq olaraq bağlanmışdır.

    1.2. İşçi Əliyev (ad) Vaqif (s/ad) Oqtay (ata adı) oğlu

_______(məktəbin ünvanı tam yazılır) yerləşən ______________(məktəbin adı) tam orta məktəbə əsas iş yeri olmaqla Uşaq Birliyi Rəhbəri vəzifəsinə işə qəbul  edilir.

    1.3. Bu Əmək müqaviləsi hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. 

 

§2. Əmək müqaviləsinin müddəti

 

    2.1. Bu Əmək müqaviləsi müddətsiz bağlanmışdır. _____(hə, yox)

 .

    2.2. Bu Əmək müqaviləsi sınaq müddəti müəyyən edilmədən bağlanılır.

   2.3. Bu Əmək müqaviləsi ________səbəbə görə (məsələn, müddətsiz əmək müqaviləsi ilə işləyən məktəbin Uşaq Birliyi Rəhbəri Vəliyeva Xanım Şakir qızı qısmən ödənişli sosial məzuniyyətdə olduğu üçün və ya  məktəbdə vakant yer yarandığı üçün və s.) «____» (gün) «____» (ay) _____ il tarixindən «____» (gün) «____» (ay) ___ il tarixinədək  «____» (gün, ay və ya il) müddətinə bağlanmışdır.     

(Əgər işçi müəyyən müddət üçün işdə olmayan işçinin əvəzinə işə qəbul edilirsə (məsələn, qismən ödənişli sosial məzuniyyət və ya əmək qabiliyyətini müvəqqəti itirən işçininin əvəzinə) bu zaman müddət yazılmaqla eyni zamanda işdə olmayan işçi ___(s/ad)  _____(ad)  ______(ata adı) qızının işə çıxdığı tarixədək yazılmalıdır.

Nümunə: Bu Əmək müqaviləsi müddətli - 14 iyun 2024-cu il tarixinədək bağlanmışdır.Tərəflər öz aralarında eyni zamanda razılaşırlar ki, qismən ödənişli sosial məzuniyyətdə olan Uşaq Birliyi Rəhbəri Vəliyeva Xanım Şakir qızı işə çıxdığı (və ya qayıtdığı) gün bu Əmək müqaviləsinə xitam verilir.)

2.4. İşçi (Uşaq Birliyi Rəhbəri) Əliyev Vaqif Oqtay oğlu  «__» (gün) «_____» (ay)_____il tarixindən işə başlayır.

 

§3. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlunun hüquqları, vəzifələri və  əmək funksiyası

3.1. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlunun əmək münasibətləri dövründə hüquqları aşağıdakılardır:

3.1.1. təhlükəsiz iş və normal təhsil şəraiti ilə təmin olunmaq;

3.1.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək;

 3.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

 3.1.4. təlim-tərbiyə və vəzifəsi ilə bağlı metodik vəsaitlərlə təmin olunmaq;

 3.1.5. yeni ixtisas almaq, staj keçmək, ixtisasını yüksəltmək; 

 3.1.6. mükafatlandırılmaq və təltif olunmaq;

 3.1.7. təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;

3.1.8. əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün məktəbin direktoruna müraciət etmək;

3.1.9. iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;

3.1.10. həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;

3.1.11. qanunvericiliklə müəyyən edilmiş qaydada əmək haqqı almaq;

3.1.12. iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;

3.1.13. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək;

 3.1.14. qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq;

3.1.15.  qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək;

3.1.16.  hər il Əmək Məcəlləsinin 118-ci maddəsinin birinci hissəsinə uyğun olaraq 56 təqvim günü  ödənişli  əmək məzuniyyətindən, müvafiq hallarda  isə sosial (əgər qadındırsa), ödənişsiz, təhsil və yaradılıcılıq məzuniyyətlərindən istifadə etmək;

3.1.17.  peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;

3.1.18.  əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;

3.1.19.  məktəbin direktoru  tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; 

3.1.20.  qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;

3.1.21.  əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;

3.1.22.  sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan  istifadə etmək;

3.1.23. işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq;

3.1.24.  iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə məktəbin direktorundan müvafiq arayışlar almaq;

3.1.25.  elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək.

3.1.26. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

3.2. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlunun əmək münasibətləri dövründə vəzifələri aşağıdakılardır:

3.2.1.  ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

3.2.2.  “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsi ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmadan keçmək;

3.2.3.  ixtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv tərbiyə metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək;

3.2.4. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

3.2.5. Şagirdlərə Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

3.2.6. Şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

3.2.7.  Elm və Təhsil Nazirliyinin 6 noyabr 2014-cu il tarixli kollegiya iclasında qəbul edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın prinsip və tələblərinə, pedaqoji etika və əxlaq normalarına riayət etmək, vəzifə nüfuzunu yüksək tutmaq, xarici görkəminə və geyim tərzinə diqqət etmək, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

3.2.8. şagirdləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;

3.2.9.  yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək, müxtəlif növ bilik yarışlarında, müsabiqələrdə iştirakı üçün çalışmaq, əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarını nümayiş etdirmək;

3.2.10.əlavə təhsil və özünütəhsil yolu ilə ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini daim artırmaq, təhsilin nəticə və göstəriciləri üzrə araşdırma və təhlillər aparmaq, keyfiyyətin yüksəldilməsi və nailiyyətlərin əldə edilməsi üçün təkliflərlə çıxış etmək;

3.2.11.innovasiya və yeni tədris texnologiyalarını mənimsəmək və öz təcrübəsində tətbiq etmək, şagirdlərə qarşı fiziki zor işlətməmək, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmək, hər zaman nitqinə fikir vermək, nitqində kobud və təhqiredici sözlər işlətməmək,  öz vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməmək, peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməmək;

3.2.12. bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verməmək, şagirdlər tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini (qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla) qorumaq;

3.2.13. pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməmək, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmaq,öz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına çalışmaq;

3.2.14.məktəb direktorunun qanunauyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirmək, məktəb direktorunun əmrlərinin icrası ilə bağlı məsələlərdə direktor müavinlərinin, direktorun əmri ilə icraya məsul şəxs müəyyən edilmiş səlahiyyətli şəxslərin tapşırıqlarını yerinə yetirmək;

3.2.15. valideynlərlə əməkdaşlıq etmək, valideyn və ya digər qanuni nümayəndələrin hüquqlarını bilmək, onlara təhsilalanlarla bağlı tövsiyələr vermək, valideyn və uşaqlar arasında yaranan mübahisə və münaqişələrin həllində yardımçı olmaq, valideynlərin qanunazidd hərəkətlərə sövq etməmək,valideyn və ya digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmaq;

3.2.16. məktəb rəhbərliyi, məktəb psixoloqu, məktəb kitabxanaçısı, dərnək rəhbərləri, çağırışaqədər hazırlıq rəhbəri,  Gənclər Mərkəzləri, İdman Olimpiya Mərkəzləri, məktəbdənkənar təhsil müəssisələri, mədəniyyət klubları və ya mədəniyyət evləri, ərazidə olan kitabxanalar, fənlər, idman və incəsənət üzrə fərdi məşğələ keçən müəllimlər və həmkarları ilə, valideyinlər ilə əməkdaşlıq etmək, şagirlərin təlimi, tərbiyəsi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;

3.2.17. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

3.2.18. əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;

3.2.19. əməyin təhlükəsizliyi normalarına əməl etmək;

3.2.20. işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;

3.2.21. dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;

3.2.22. iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;

3.2.23. fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;

3.2.24. əmək qanunvericiliyinin tələblərinə əməl etmək;

3.2.25.  bu Əmək müqaviləsi ilə müəyyən olunmuş iş vaxtının başlanmasına  azı 20 dəqiqə qalmış məktəbdə olmaq, iş vaxtının sonunda gedərkən sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçıya məlumat vermək;

3.2.26. şagirdlərin gündəlik davamiyyətini yoxlamaq, məktəb rəhbərliyinə məlumat vermək, davamiyyətlə bağlı məktəb rəhbərliyinin qanuna uyğun əmr və tapşırıqlarını yerinə yetirmək;

3.2.27. məktəb direktorunun əmri ilə ona tapşırılmış  vəzifələri, dəqiq, vicdanla, nöqsansız yerinə yetirmək;

3.2.28. məktəbin Pedaqoji Şurasının,  Məktəb Valideyin Komitəsinin və digər kollegial orqanların işində fəal iştirak etmək;

3.2.29. şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırır, onları vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edir, müstəqil həyata və əmək fəaliyyətinə hazırlayır;

3.2.30. “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”  və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasını, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nı, tərbiyə və özünütərbiyənin pedaqogika və psixologiyasını, pedaqoji etikanı, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətlərini, uşaq kollektivlərinin psixologiyasını, uşaq təşkilatlarının iş xüsusiyyətlərini, uşaq birliyi təşkilatının rəhbərinin vəzifələrini və qarşısında duran tələbləri, İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını bilmək;

           3.3. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlu vəzifəsi üzrə  aşağıda verilmiş əmək funksiyalarının icrasını öhdəsinə götürür:

 3.3.1. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir.

3.3.2. Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırılmasını, onların müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.

3.3.3. Şagirdlərin yaş dövrü, yaş dövrlərinə uyğun olaraq fiziolojivə psixoloji  xüsusiyyətləri nəzərə alınmaqla şagirdlərlə təlim məşğələləri aparır.

3.3.4. İş fəaliyyətini uşaq təşkilat və birliklərinin əsasnamələrində öz əksini tapan məqsəd və vəzifələrə uyğun həyata keçirir.

3.3.5. İşini uşaq təşkilatının, özünüidarə orqanlarının, uşaq və yeniyetmələrin özfəaliyyəti və təşəbbüskarlığı, əməkdaşlığı, pedaqoji və humanist prinsiplərindən çıxış edərək qurur.

3.3.6. Məktəbdənkənar və sinifdənkənar tədbirlər üzrə iş aparır,  məktəb rəhbərliyi, məktəb psixoloqu, məktəb kitabxanaçısı, dərnək rəhbərləri, çağırışaqədər hazırlıq rəhbəri,  Gənclər Mərkəzləri,  İdman Olimpiya Mərkəzləri, məktəbdənkənar təhsil müəssisələri, mədəniyyət klubları və ya mədəniyyət evləri, ərazidə olan kitabxanalar, fənlər, idman və incəsənət üzrə fərdi məşğələ keçən müəllimlər və həmkarları ilə, valideyinlər ilə əməkdaşlıq edir, müntəzəm əlaqələr saxlayır, şagirlərin təlimi, tərbiyəsi və inkişafı ilə bağlı məsləhətləşmələr aparır.

3.3.7. Müəssisədaxili intizam qaydalarına riayət edilməsi ilə bağlı ona tapşırılmış vəzifələrivaxtında, nöqsansız yerinə yetirir.

3.3.8. Məktəb əmlakının qorunmasına, ondan səmərəli istifadə olunmasına görə məsuliyyət daşıyır.

3.3.9. Təşəbbüslərə yaradıcı yanaşır, uşaqların qabiliyyət və bacarığını aşkara çıxarmaq üçün onlara imkan yaradır.

3.3.10. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə yönəldilən təkliflər irəli sürür, müntəzəm surətdə özünün peşə ixtisasını yüksəltməyə çalışır.

3.3.11. Vəzifəsi üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə yiyələnir.

3.3.12. Müəllimlərlə, məktəbin digər işçiləri ilə, valideyinlərlə və şagirlərlə münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçir.

3.3.13. Bu Əmək müqaviləsi üzrə vəzifələrini  həyata keçirərkən Müəllimlərin etik davranış Qaydalarına, pedaqoji etika və normalara, qanunvericiliyin  və bu Əmək müqaviləsinin tələblərinə əməl edir.

3.3.14. Uşaq birliklərinin fəaliyyətinin məzmun və formasını, uşaqların yaş xüsusiyyətlərini, həyatın tələblərini nəzərə almaqla yeniləşdirir və dəyişdirir.

3.3.15. Məktəbdə təşkil olunun tədbirlərdə fəal iştirak edir, bu tədbirlərin təşkili ilə bağlı məktəb rəhbərliyinin ona qanunvericilik çərçivəsində verdiyi tapşırıqları vaxtında, nöqsansız yerinə yetirir.

3.3.16. Ona tapşırılmış məktəb sənədləşməsini vaxtında, nöqsansız yazılmasını təmin edir. Sənədləşmə zamanı yol verdiyi nöqsanlarla bağlı məktəb rəhbərliyini vaxtında məlumatlandırır.

3.3.17. Uşaq və yeniyetmələrin istedad, bacarıq və imkanlarını üzə çıxarmaq üçün şərait yaradır, onların asudə vaxtlarının səmərəli və maraqlı keçməsini təmin edir.

3.3.18. Şagirdlərə qarşı xeyirxah və ədalətli davranır, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır. Şagirdləri zərərli vərdişlərdən çəkindirir.

3.3.19. Ona etibar olunan uşaqların sağlamlığının və təhlükəsizliyinin qayğısına qalır. Uşaq və yeniyetmələrlə fəaliyyətində qabaqcıl iş təcrübəsindən geniş istifadə edir.

3.3.20. Uşaq təşkilatının maddi-texniki bazasını qoruyur və inkişaf etdirir.

3.3.21. Dövlət müəssisələri, ictimai təşkilatlar və çalışdığı pedaqoji kollektiv ilə sıx əlaqədə işləyir.

           3.4. Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir.

           3.5. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif  Oqtay oğlu bu Əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və  əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməsinə görə məsuliyyət daşıyır.

§4. Əmək şəraitinin şərtləri

           Məktəb direktoru ___(s/ad)  _________(ad)_________(ata adı)  aşağıdakı əmək şəraiti yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:

Əmək haqqı üzrə

 

           4.1. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğluna  hər ay ____________ məbləğdə əmək haqqı ödənilir;

           4.2. Əmək haqqı:

           - _____________ manat məbləğində tarif haqqından (vəzifə maaşından);

          ibarətdir;

           4.3. Əmək haqqı:

              - ayda bir dəfə hər təqvim ayının  sonuncu iş günü  ödənilir;

                                                       

           - əmək haqqı və digər ödənclər Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlunun   __________________________________________

                                            (bankın adı)

bankdakı hesabına köçürülür;

           4.4. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında  Uşaq Birliyi Rəhbəri  Əliyev Vaqif Oqtay oğlu qabaqcadan məlumatlandırılır.

Əməyin mühafizəsi üzrə

           4.5. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlunun sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır;

           4.6.  Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlu əməyin mühafizəsi normaları ilə hər tədris ilində bir dəfədən az olmayaraq təlimatlandırılır;

           4.7. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlu özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur;

           4.8. Məktəbin direktoru işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır.

           İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlunun həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir; 

           4.9. Məktəb direktorunun  təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları pozulduğuna görə tarix müəllimi  Vəliyev İlqar Əli oğlu həlak olarsa, onun himayəsində olan şəxslər qarşısında məktəb direktoru  qanuvericilikdə nəzərdə tutulan qaydada maddi məsuliyyət daşıyır;

İş və istirahət vaxtı üzrə

           4.10. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlu gündə (məktəb 5 günlük iş həftəsi ilə işlədikdə)  8 saatdan,(məktəb 6 günlük iş həftəsi ilə işlədikdə) gündə 7 saatdan,  həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir;

           4.11. İş saat _____________ başlanır, saat _____________ qurtarır;

           4.12. Nahar vaxtı saat _____________ - dan saat _____________ - dəkdir;

           4.13. İstirahət günləri hər həftənin __________ günləridir;

 

 

 

Məzuniyyət üzrə

           4.14.Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlunun iş ili  hər təqvim ilinin  15 sentyabr tarixində başlayır, növbəti təqvim ilinin 15 sentyabr tarixində bitir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir.

           4.17. Əmək məzuniyyətinin müddəti  56 təqvim günüdür.

           4.18. Təhsil almaqla əlaqədar ödənişli məzuniyyətlər və yaradıcılıq məzuniyyəti  Əmək Məcəlləsində nəzərdə tutulan müddətdə verilir.

           4.19. Ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsinin 130-cu maddəsi ilə müəyyən edilmiş hallarda, habelə əmək Məcəlləsinin 129-cu maddəsi ilə müəyyən edilmiş hallarda məktəb direktoru ilə razılıq əsasında istifadə edilir.

Bədən tərbiyəsi və idman üzrə

           4.20. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğluna  bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaradılır.

           Tərəflərin müəyyən etdiyi, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan digər əlavə şərtlər

           4.21. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğluna toyu olduğu tarixdən 5 təqvim günü; ?

           4.22. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğluna  əmək Məcəlləsinin 296-cı maddəsinin qeyd bölməsində göstərildiyi kimi, yaxın qohumları vəfat edərkən 3 təqvim günü ödənişli məzunuyyət verilir.

            4.23. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlu 14 təqvim günündən artıq ödənişsiz məzuniyyət istədikdə yerli həmkarlar təşkilatı ilə razılaşdırılmalıdır.

§5. Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti

           5.1. Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.

           5.2. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.

           5.3. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər.

§6. Sosial müdafiə məsələləri

           6.1. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlunun məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay __________ məbləğdə sığorta haqqı ödənilir və məktəb direktoru tərəfindən o, __________ məbləğdə əlavə sığorta edilir;

           6.2. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlunun  sosial müdafiə olunması, güzəşt və imtiyazları, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, tibbi sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta hüququ təmin edilir; 

           6.3. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğluna əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir. 

§7. Mülkiyyət münasibətlərinin tənzimlənməsi

           7.1. Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlu iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də məktəbin əsas inventarları siyahısına daxil olan əmlakın qorunmasına görə cavabdehdir;

§8. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar

     8.1. Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.

§9. Əmək müqaviləsinə xitam verilməsi

           9.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər;

           9.2. Məktəb direktoru tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən  Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlu qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir;

           9.3.  Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlu tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir;

           9.4. Məktəb direktoru tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla  Uşaq Birliyi Rəhbəri  Əliyev Vaqif Oqtay oğlunun iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir;

§10. Yekun qaydalar

           10.1. Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.

           10.2. Bu Əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri  Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlunda, digəri isə məktəbdə saxlanılır.

           10.3. Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.

           10.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.

           10.5. Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından, mülkiyyətçidən tələb etmək hüququna malikdirlər.

           10.6. Bu Əmək müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərimizi vicdanla yerinə yetirəcək, şəxsi, maddi, maliyyə, istehsal maraqlarımıza, habelə ictimai, birliklərdə və siyasi partiyalarda müstəqil iştirakımıza qarşılıqlı hörmət göstərəcəyik.

§11. Tərəflərin imzaları və ünvanları:

           11.1. Məktəb direktorunun  adı, atasının adı və soyadı, habelə müştərisi olduğu bankın adı, hesablaşma hesablarının nömrələri, kodu,  hüquqi ünvanı:

 

                      Möhürü                                                                   İmzası:

                      11.2.  Uşaq Birliyi Rəhbəri Əliyev Vaqif Oqtay oğlunun adı, atasının adı və soyadı göstərilməklə ünvanı:

 

                      İmzası:                                                                     Tarix 

 

           Qeyd: Əmək Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulan əmək müqaviləsinin məzmununa daxil olan şərtlər, məlumatlar həmin müqavilə tərtib edilərkən hökmən göstərilməlidir. Bu nümunədə göstərilən əlavə müddəaların, şərtlərin hər biri, konkret hallarda işəgötürən və işçi tərəfindən əmək müqaviləsi bağlanarkən razılaşdırılaraq tərtib edilir. Lakin bütün hallarda işəgötürən əmək müqaviləsinin məzmununu bu nümunədə göstərilən qaydada dolğun şəkildə tərtib etməyə borcludur. İşəgötürən bu nümunəyə tam uyğun olan əmək müqaviləsinin formalarını kifayət miqdarda nəşriyyat üsulu ilə hazırlanmasını təmin etməlidir. Əmək müqaviləsinin formasındakı boş yerlər əl ilə və ya makinada, kompüterdə səliqə ilə yazılmalıdır, məlumatların pozulmasına, qaralanmasına yol verilməməlidir.

 

 

 

 

 

 

 

 

 

 Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar

 

            1. Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.

           2. Bu Əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir:

           a) ;

           b) ;

           c)  …(bütün dəyişikliklər və əlavələr təfsilatı ilə sadalanmalıdır)

           3. Tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr dərhal (………gündən gec olmayaraq) qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.

 

                            İmzalar:

                             ________________________________ İşəgötürən

                             ________________________________ İşçi


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?