Sinif rəhbərlərinin fəalyyətini Pedaqoji Şuranın illik Fəaliyyət Planına daxil etməklə yarımil və illik nəticələri araşdırmaq, müzakirə etmək olar.
Bu zaman məktəb direktoru təşkilat işləri üzrə direktor müavinin birbaşa iştirakı və tədris işləri və təsərrüfat işləri direktor müavinlərinin,psixoloqun köməyi ilə göstərilən meyarlar üzrə məktəbin sinif rəhbərlərinin reytinq cədvəlini hazırlaya bilər.
Fərqənən,bacarıqlı sinif rəhbərləri rəğbətləndirilə, işinə laqeyid yanaşan sinif rəhbərləri ilə isə fərdi söhbətlər aparıla bilər.........
...... Şagird yerinə yetirdiyi çalışmasına görə müəllimindən ədalətli qiymətləndirilməsini istədiyi kimi,sinifində vicdanla,əzmlə çalışan sinif rəhbəri də məktəb rəhbərindən layiqlı qiymətini istəyir. Bu zaman sinif rəhbərinin zəhmətini düzgün qiymətləndirən məktəb rəhbərliyi ,digər sinif rəhbərlərini də işini daha yaxşı qurmağa mativavasiya etmiş olur.Əksinə-əgər məktəb rəhbərliyi sinif rəhbərinin öz sinifində zəhmətlə çalışdığını görməzsə və ya görməzdən gələrsə bu zaman bəhs etdiyimiz sinif rəhbəri passivləşər ,gördüyü haqsızlıq onu bu nəcib işindən soyudar,rühdan salar.Buna görə də məktəb idarəediciləri məktəbdə təlim-tərbiyə prosesini öz çiyinlərində daşıyan sinif rəhbərlərinə qarşı həssas davranmalı,onların çətin işində yanlarında olmalı və dayaq olmalıdır...........