İdarəetmə / Direktor / Metodika / Ümumi

Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi Müddəti

  • Admin
  • 24-apr-2024, 22:22
  • 15 Baxış

 



Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi

Müddəti

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

 

1.   Təhsilin pillələri və səviyyələri üzrə təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və müvafiq dövlət təhsil standartlarına uyğun olaraq müxtəlif təhsil pillələri və səviyyələri üzrə təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddətlərini müəyyən edir.

 

1.1.Məktəbəqədər təhsil üzrə

 

Bu pillədə təhsil müddəti 3 ildir. 5 yaşdan 6 yaşa qədər olan müddət məktəbə hazırlıq mərhələsi hesab olunur.

 

1.2.Ümumi təhsil üzrə

 

İbtidai təhsil — 4 il (I-IV siniflər)

Ümumi orta təhsil — 5 il (V-IX siniflər) Tam orta təhsil — 2 il (X-XI siniflər)

 

1.3.İlk peşə-ixtisas təhsili üzrə

 

Tam orta təhsil bazasından qəbul olunmuş qruplarda təhsil müddəti 1 ildir.

Ümumi orta təhsil bazasından qəbul olunmuş və peşə ilə yanaşı, tam orta təhsilalanlar üçün təşkil edilən qruplarda təhsil müddəti 3 ildir.

Ümumi orta təhsil bazasından qəbul olunmuş və yalnız peşə təhsili alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq 1-2 ildir.

Ümumi orta, tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində işəgötürənlərin və fərdlərin sifarişləri əsasında müəyyən peşə üzrə bacarıqlar qazanmış şəxslər üçün həmin və ya digər peşənin öyrədilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.

 

1.1.Orta ixtisas təhsili üzrə

 

   Orta ixtisas təhsili proqramlarının əyani forma üzrə normativ təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 3-4 il, tam orta təhsil bazasından qəbul olunanlar üçün isə 2-3 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir.

 

1.2.Ali təhsil üzrə

 

    Ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir.

    Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1-2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır. Bu müddət ixtisaslaşmaların təhsil proqramları ilə müəyyən edilir.

Tibb təhsili üzrə əsas təhsil proqramlarının təhsil müddəti 5-6 il, rezidenturada isə 2-6 ildir. Bu müddət ayrı-ayrı ixtisasların (ixtisaslaşmaların) təhsil proqramları ilə müəyyən edilir.

Doktoranturada təhsil müddəti 3 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?